Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Oktyabr 2017

Molla ictihad edir, bəs axundovçuların üzünə ictihad qapısı niyə bağlıdır

Bizim zəmanəmizdə oxucu sayı azdır. İnsanları maddi durum o qədər sıxıb ki, qəzet "budkalarında" qəzetdən çox "ştuçnu" siqaret satılır.
Axundov sevgisi yazarlarımızda nədən qaynaqlanır?

Bəzi yazarlarımız Axundovu yaman sevir. Sevsinlər, amma gərək bu sevginin qaynağı barədə ara bir düşünsünlər. Bu sevginin qaynağını öyrənmək elə də çətin deyil. Ümumiyyətlə bir insan bir insanı, yaxud hansısa bir əşyanı sevdikdə onun xüsusiyyətlərinə baxır. Məsələn, dəbdə olan maşının sevilməsinin bir xüsusiyyəti də onun dəbdə olması, başqa sözlə zəmanəyə uyğun olmasıdır. Onu ala bilən də almağa pulu olmayan da sevməyə başlayacaq.
Mirzə Fətəli Axundovu sevənlər onu bir çox xüsusiyyətlərinə görə sevə bilərlər. Bundan ötrü gərək Axundovun kimliyinə baxasan, daha dəqiq onu sevdirən cəhətlərinə. Yazıçı, dramaturq, ictimai xadim, yaxud polkovnik, Çar zabiti və s. Amma məlum məsələdir ki, axundovçular onu çar zabiti, polkovnik olduğu üçün sevmirlər, çünki nə çox çar zabiti və polkovniklərin, eləcə də ictimai-siyasi xadimlərin adı tarixin yaddaşına həkk edilib. Yazıçı, dramaturq olması da onun sevilməsi üçün əsas səbəb ola bilməz. Məgər indiki yazarlar Axundovdan pismi yazır. Yazının mövzusundan, janrından asılı olmayaraq Axundovdan əvvəl də, onun zamanında da ondan sonra lap elə indiki dövrümüzdə də üstün yazarlar mövcuddur. Hər halda axundovçular etiraf edərlər ki, zaman ötdükdə yazarlar və yazıçılıq inkişaf edir. Təfəkkür tərzi dəyişir, dünənə, sırağa günə nisbətdə yeni fikirlər meydana çıxır. İndi oturub təxəyyül və fantaziyanın məhsulu olan bir roman, pyes, əsər yazmağa nə var ki? Üstəlik, pyeslərdə, romanlarda zəmanənin çatışmazlıqlarını, mühitin eybəcərliklərini indi daha qabarıq sürətdə ortaya qoymaq mümkün olur. Məsələn, bir zaman Mirzə Ələkbər Sabir var idisə, müasir dövrümüzdə Baba Pünhan nümunəsinə rast gəldik.
Fərq bundadır ki, bizim zəmanəmizdə oxucu sayı azdır. İnsanları maddi durum o qədər sıxıb ki, qəzet "budkalarında" qəzetdən çox "ştuçnu" siqaret satılır. Buna inanmayanlara başqa sübut da deyə bilərik. Məsələn, məgər Axundovdan alim, ziyalı adam olmayıbmı? Olub. Axundovçular da bunu etiraf edir. Etiraf etdikləri ikinci məsələ odur ki, həmin insanlar arasında iman, inanc əhli daha çox olub. İstər bu şəxs filosof olsun, istər fizik, yaxud astronom, istər xarici olsun istərsə də öz həmyerlimiz. Yaxşı bəs əgər sevilmək üçün başlıca səbəb elm, ziyalı olmaqdırsa onda gərək inanc əhli olan digər dühalar da sevilsin. Kimsə desə ki, Axundovu axundovçulara sevdirən onun coğrafiya alimi, yaxud fizik və ya riyaziyyatçı olması deyil məhz yazıçı olmasıdır, bu da məqbul deyil. Çünki nə çox yazıçılarımız olub ki, onlar inanc əhli olub və bu günün axundovçuları axundovu təqlid etdiklərinin mində biri qədər o inanc əhli yazıçıları təqlid edib fikirlərindən bəhrələnməyiblər. Halbuki Axundovu mədh edən hər on nəfərdən yeddisi-səkkizi ateist çıxır.
Axundovu qoyuram bir kənara, adamın İslamdan, İslam elmlərindən xəbəri olmayıb, bu səbəbdən dini rituallardan tutmuş İslam Peyğəmbərinə (s) qədər təhqirə yol verib. Əlbəttə, bu yazı debat xarakterli olmadığı üçün və qarşı tərəfi canlı olaraq dinləyə bilmədiyimiz (hərçənd indiyədək kifayət qədər dinləmişik) üçün Axundovun səhvlərini yazmaq niyyətimiz yoxdur. Bu qalsın sonraya. Onun din əleyhinə yazdıqlarının batil olmasını isbatlamaq çətin deyil. Digər tərəfdən yazıda axundovçular hədəfə alınıb, Axundov yox.
Bəs bəzi axundovçu yazarlarımızda Axundov sevgisi nədən qaynaqlanıb? Heç şübhəsiz onların Axundovla iki ortaq nöqtəsi var: yazıçılıq və dinsizlik. (Burada haşiyə çıxaraq demək istərdik ki, bəzi insanlarımız var ki, din-iman əhlidir, ən azından Axundov kimi İslamı, Peyğəmbəri, Quranı təhqir etməyiblər, amma Axundova pərəstiş edirlər. Onlar təbii ki, Axundovun dini görüşlərini bölüşmürlər. Söhbət onun dini görüşlərini paylaşanlardan gedir) Onların dinsizliyi onları Axundova daha çox pərəstiş etməyə sövq edir. Sanki bu qədər inanc əhli savadsız, qaragüruhçu, tanımaza-bilməzə, kor-koranə yaşayır, bircə Axundov ağıllı idi, bir də axundovçular.
Bunlar özlərini açıqfikirli, məntiqli, ağıllı, sağlam düşüncəli, modern təfəkkürə sahib insanlar hesab etdikləri halda İslam mənsublarını qaragüruhçu, geridəqalmış, cahil, gözübağlı, dardüşüncəli hesab edir.
Bir dəfə belələrindən birinə bir sual ünvanladım: Nə üçün İslamda ictihad qapısı açıq olduğu halda sizin aləminizdə ictihad qapısı bağlıdır. Və yaxud açıqdırsa nə üçün nümunələrini görmürük. Təbii ki, ictihadın nə olduğunu anlamadı. Elə buradan yeni bir sual çıxdı ortaya: Axundov və onun müəllimi olan Mirzə Şəfi Vazeh hər ikisi mollaxanada oxuyub, ərəb-fars dilləri biliblər, dini dərslər, həmçinin fiqh oxuyublar. Siz nə üçün Axundovu sevdiyiniz halda ərəb-fars dillərində on kəlmə belə saya bilmirsiz. Üstəlik fiqh elmi oxumursuz, oxusaydınız, ərəb-fars kəlmələri bilsəydiniz bilərdiniz ki, ictihad lüğətdə və istilahda nə anlama gəlir. Daha sonra "ictihad" sözünü ona başa salıb misal vurdum. Məsələn, dində hansısa molla yanında ibtidai dərs oxuyan bir tələbə sabah Nəcəf elm hövzəsinə gedib on il sonra müctəhid, mərcə ünvanında qayıtsa o öz ustadından savadlı hesab olunur. Hətta ustadı şəriət hökmlərində ona təqlid edə bilər. Bu bilirsiniz nə deməkdir? O deməkdir ki, İslamda gözünü bağla, molla nə dedi onu et – deyə bir şey yoxdur. Sən düşüncədə, təfəkkürdə azadsan və hətta ictihad dərəcəsinə belə yüksələ bilərsən. Qarşını alan kimsə yoxdur. Gördüyümüz kimi Axundov və axundovçuların düşündüyünün əksinə olaraq İslam dini elmin, öyrənmənin qabağını almayıb. İndi gələk axundovçulara. Hansı axundovçu indiyədək "ictihad" edib? Hansı axundovçu indiyədək ustadı olan Axundovu yazıçılıqda, dünyagörüşündə, ictimai xadimlikdə ötüb keçib. Niyə Axundovdan bu yana ancaq Axundovun çürük, zərərli, cahilanə fikirləri təqlid olunur. Niyə indiyədək bir nəfər Axundovdan üstün yetişməyib? Niyə dindən uzaqlaşdıqları halda bir alim yetişməyib bunlardan. Niyə bunların ən savadlısı saytda köşə yazısı yazmaqdan yuxarı qalxa bilmir? Məlum olur ki, həqiqətdə bu insanları Axundovla birləşdirən bir cəhət var, o da hər ikisinin dinsiz, dini sahədə savadsız və bir o qədər də qərəzli olmalarıdır.


260 بازدید