Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Oktyabr 2017

QARA QOVLUQ VƏ MURDARLIĞIN KÖKLƏRİ

Belə napak xanədandan Kərbəla faciəsindən başqa bir şey gözlənilmir.
Həzrət Zeynəbin sözlərinin cəlbedici cəhətlərindən biri Yezidin qara qovluğunu və murdarlığın köklərini ifşa etməsidir.
Zeynəb Yezid xanədanının çirkinliklərini sayır və heç kəsin inkar etməyə qürdrəti çatmır. Ey Yezid, sən Hindin balasısan. Həmin qadın ki, Ühüd döyüşündə Allah Peyğəmbərinin şücaətli sərdarı Seyyidüş-şühəda Həmzənin ciyərini çeynəyib yerə atdı. Belə napak xanədandan Kərbəla faciəsindən başqa bir şey gözlənilmir.
Zeynəb başqa bir yerdə Yezidə «İbnit-tuləqa» “köləlikdən azad olunmuşların oğlu” – deyə xitab edirdi. Bu söz Məkkə şəhərinin fəthi və Qüreyş başçılarının azadlığına işarədir ki, uzun illər Peyğəmbərlə döyüşüb düşmənçilik etmişdilər. Peyğəmbər isə kəramətlə onları azad edib buyurdu:
«İzhəbu əntumut-tuləqa».
Yəni, “gedin siz hamınız azadsınız.” Bəli Yezid Peyğəmbərin azad etdiklərinin balasıdır ki, indi Peyğəmbərin xanədanını əsir edibdir. Zeynəb bu sözlə Yezidə anlatdı ki, həqiqi əsir sənsən. nə bizim əsirliyimiz zillətimizə sübutdur, nə də sənin qüdrətin qələbə və kəramətinin nişanəsidir.
Zeynəbin sözlərinin bu hissəsindən sonra onun islam tarixindən geniş və dəqiq məlumatlı olduğu görünür.


1100 بازدید
در حال ارسال اطلاعات...