Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Oktyabr 2017

İmam Hüseyni (ə) şəhadət günəşi adlandırmaq olar

İmam Hüseyni (ə) şəhadət günəşi, məzlumcasına və qəribcəsinə cihadın günəşi adlandırmaq olar. Bu günəş Hüseyn ibn Əlinin (ə) və onun dostlarının vasitəsi ilə işıq saçdı. Zaman ötdükcə bu nurlu günəşin sönməz çöhrəsinin daha artıq aşkarlanması, Aşuranın faydalarının daha çox bəlli olması duyulur.
Bu hadisənin baş verdiyi ilk gündən onun köklü təsirləri tədricən bəlli olmuşdur. Həmin günlərdən bəzi şəxslər üzərlərinə müəyyən vəzifələrin düşdüyünü hiss edirlər.
Təvvabin (tövbə edənlər) hadisəsi baş verdi, Bəni-Haşim və Bəni-Həsən (ə) ailəsinin uzun mübarizələri qarşıya çıxdı, sonra hətta Bəni-Üməyyə əleyhinə Bəni-Abbas hərəkatı baş qaldırdı; hicrətin ikinci əsrinin ortalarında o zamankı İslam dünyasının bütün bölgələrinə, xüsusən də İrana, İranın şərqinə - Xorasana və digər yerlərə dəvətçilər göndərib zalım, hegemon və millətçi Əməvi hökumətinin məhvinə zəmin yaratdılar.

Ayətullah Seyid Əli Xamenei


2203 بازدید
در حال ارسال اطلاعات...