Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Oktyabr 2017

BU GÜN İMAM ZEYNÜL-ABİDİNİN (Ə) ŞƏHADƏT GÜNÜDÜR

İmam (ə) Kərbəla faciəsindən sonra digər Əhli-beyt əsirləri ilə birlikdə Kufəyə, sonra isə Şama əsir aparılmışdır
İmam Səccad əleyhissəlamın həyatı barədə qısa məlumat

İmam Səccad (əleyhissəlam) şiələrin üçüncü İmamı Həzrət Hüseyn ibn Əli əleyhissəlamın oğludur. Anası Şəhrəbanu (Üsuli-kafi, c.1, səh.467; Əl-İrşad, səh.253.) olmuş, ən məşhur ləqəbi Zeynül-abidin və Səccaddır. İmam Səccad (əleyhissəlam) hicrətin otuz səkkizinci ilində (Əl-İrşad, səh.253; Dəlailül-imamət, səh.80.) dünyaya gəlmişdir. Uşaqlıq illərini Mədinə şəhərində keçirmişdir. O, təxminən iki il babası Əli əleyhissəlamın hakimiyyət illərini görmüş, ondan sonra isə on il əmisi Həzrət Həsən əleyhissəlamın İmamət dövrünü dərk etmişdir. İmam Həsən (əleyhissəlam) bu on ilin yalnız altı ayını zahiri hakimiyyət başında durmuşdur. Hicrətin əllinci ili İmam Həsən əleyhissəlamın şəhadətindən sonra Müaviyənin hakimiyyətinin möhkəmləndiyi bir dövrdə onunla mübarizə aparan İmam Hüseyn (əleyhissəlam) ilə on il çiyin-çiyinə durmuşdur. Hicrətin altımış birinci ilinin məhərrəm ayında atasının inqilab və şəhadəti zamanı Kərbəlada olmuşdur. Kərbəla faciəsindən sonra digər Əhli-beyt əsirləri ilə birlikdə Kufəyə, sonra isə Şama əsir aparılmışdır. Bu səfərdə o, müsibət və çətinliklər zamanı digər əsirlərin pənahı və himayədarı olmuşdur. O, bu səfər zamanı öz mətin çıxışları ilə Yezidin hakimiyyətini rüsvay etdi və Şamdan qayıtdıqdan sonra Mədinə şəhərində yaşamağa başladı. Nəhayət hicrətin doxsan dörd, ya da doxsan beşinci ili şəhadətə qovuşdu. O Həzrət Bəqi qəbiristanlığında əmisi İmam Həsən əleyhissəlamın qəbrinin kənarında dəfn olunmuşdur.


299 بازدید