Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Sentyabr 2017

Cəhalət və azğınlıqdan qurtuluş

"Qanını Sənin yolunda bağışladı"
İmam Hüseynin (ə) Ərbəin ziyarətnaməsində bir cümlə deyilmişdir. Bu cümlə bu ziyarətnamələrin və duaların çoxlu cümlələri kimi olduqca mənalı və diqqətəlayiqdir. Bu gün İmam Hüseynin (ə) qiyamının məqsədinə toxunan bu cümlə barədə bir qədər danışmaq istəyirik. O cümlə budur: “Qanını Sənin yolunda bağışladı”. Bu, Ərbəin ziyarətnaməsindəndir. Lakin onun ilk hissələri bu cümlələrin sahibinin Allah-Taalaya müraciətlə dediyi dualardır. Yəni Hüseyn ibn Əli (ə) öz canını və qanını Sənin yolunda verdi ki, Sənin bəndələrini cəhalətdən xilas etsin, onları azğınlıq və zəlalətdən doğan sərgərdanlıqdan qurtarsın. Bu, məsələnin bir tərəfidir; yəni qiyam edən tərəf Hüseyn ibn Əlidir (ə). Məsələnin başqa tərəfi sonrakı hissədə təqdim olunur. Qarşı tərəfdə həyatın kələk gəldiyi, maddi dünya zinətlərinin, ehtirasların və nəfs istəklərinin özlərindən çıxardığı şəxslər dururlar. Allah-Taalanın öz əzəmətli yaradılışında hər bir insan üçün ayırdığı pay dünya və axirət xoşbəxtliyindən ibarətdir. Onlar bunu aşağı, dəyərsiz və ucuz qiymətə satmışdılar. Bu, Hüseyn (ə) hərəkatının xülasəsidir.

Ayətullah Seyid Əli Xamenei


2266 بازدید
در حال ارسال اطلاعات...