Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Sentyabr 2017

Peyğəmbərin (s) İmam Əlinin (ə) haqqında qəbul olunan duası

Ey Əli! Mən Allahdan səninlə bağlı beş imtiyaz istədim və Allah onların beşini də mənə verdi.
Müvəffəq Xarəzmi Hənəfi nəql edir. O, əhli-sünnə müəlliflərindəndir və fəzilət mövzusunda kitab yazmışdır. Bu hədislər o Həzrəti (ə) sevənlərin könlünü aydınladır. Özümüzü hazırlamalıyıq ki, - tək adda yox - əməldə də o şəxsiyyətin ardıcılı olaq. Müvəffəq Peyğəmbərin (s) Əmirəlmömininə (ə) belə buyurduğunu nəql edir: "Ey Əli! Mən Allahdan səninlə bağlı beş imtiyaz istədim və Allah onların beşini də mənə verdi. Birincisi budur ki, qiyamətdə torpaqdan qalxacağım zaman sən yanımda olasan. Allah bunu qəbul etdi və mənə verdi. Allahdan istədim ki, məxluqatın əməllərini ilahi mizanda ölçdükdə, - bu mizan ifadəsi Quranda gəlmişdir - mən orada dayandıqda, sən də yanımda dayanasan. Allah bu istəyimi də qəbul etdi və mənə verdi. Allahdan istədim ki, qiyamətdə ən böyük ilahi bayrağı - qiyamət günü bütün ilahi bayraqlardan yüksək olan və üzərinə "nicat tapanlar cənnətə nail olanlardır" yazılan bayrağı - sənə tapşırsın. Allah bunu da qəbul etdi.
Peyğəmbərin (s) kəlamının bu hissəsindən bəlli olur ki, qiyamətdə bayraqlar olacaq. Məxluqatın hər bir qrupu bu bayraqlardan birinin altına toplanacaqlar. "Allahdan istədim ki, Kövsər bulağının saqisi olasan və Allah bunu qəbul etdi. Allahdan istədim ki, ümmətimin behiştə ilk girəni sən olasan (yəni sən öndə olasan, ümmətim də sənin ardınca behiştə yollansın) Allan bunu da qəbul etdi".
Rəvayətə görə sonda Peyğəmbər (s) bu mənəvi məqamları Əli ibn Əbu Talibə (ə) verdiyinə görə şükür edir. ("Mənaqib", Xarəzmi, səh. 293, hədis: 280; "Üyun əxbar ər-Rza (ə)", c. 1, səh. 278 və c. 2, səh. 30; "Səhifə ər-Rza", səh. 48; "Xisal", Şeyx Səduq, c. 1, səh. 314; "Bihar əl-ənvar", c. 40, səh. 70.) Həqiqətən, bu məqama çatacaq heç bir məqam ola bilməz.


502 بازدید
در حال ارسال اطلاعات...