Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Sentyabr 2017

Nə üçün salehlər çətinlik, günahkarlar isə rifah içində yaşayır?

Allah hər kəslə onun şəffaflığına uyğun rəftar edir.
Allah salehləri, öz dostlarını sevdiyi üçün hər hansı səhvə görə onları dərhal cəzalandırır ki, onlar öz səhvlərinə diqqətli olsunlar. “Haqqə” surəsinin 44-45-ci ayələrində buyurulur: “Əgər peyğəmbər bizə istinad edərək özündən sözlər danışsa, ondan mütləq intiqam alarıq.”

Möminlər də belədir. Səhv edən kimi cəzalandırılırlar. Günahkarlara isə əvvəlcə möhlət verilir, möhlət başa çatdıqdan sonra onlar əzaba düçar olurlar. (“Kəhf”, 59.) İslahına ümid olmayan kafirlərə qiyamət gününədək möhlət verilir ki, günahlarını daha da artırsınlar. (“Ali-İmran”, 178.)

Əgər eynəyinizin şüşəsinə bir damla çay sıçrasa, onu dərhal silirsiniz. Bu çay damlası paltarınıza düşsə, səbr edir, evdə paltarınızı dəyişirsiniz. Amma bu damla döşəməyə sərdiyiniz xalının üzərinə düşsə xalını yumaq qalır novruz bayramına.
Allah da hər kəslə onun şəffaflığına uyğun rəftar edir.


200 بازدید
در حال ارسال اطلاعات...