Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Sentyabr 2017

Yetər bu hakimiyyətlə birdən-üçə, üçdən-birə saydığımız!

Hələ də bu iqtidar “göydən üç alma düşdü” nağılıyla ölkəni idarə etməkdədi
Bu gün ölkə idarəçiliyini siyasi hakimiyyətdən daha çox şəxsi təsərrüfat birliyi kimi xarakterizə etmək daha doğru, dürüst olardı. Fikir versəniz, məmurlar “ordusunun” böyük bir hissəsinin açıq və ya gizli şəkildə özəl müəssisələrə sahibliyini görərsiniz. Məmur hara, sahibkarlıq, biznes hara?

Hələ də iqtidarın xəyal dünyasında Xalq, Dövlət, Vətəndaş kimi Aərbaycan özünün xoşbəxt dövrünü yaşayır. Nə qədər bəsit olasan ki, uğursuzluğu göz qabağındakı ölkəyə lider Dövlət deyə biləsən, tədbirlərdə, iclaslarda olmayan inkişafa, uğura əl çaldırasan.

Hələ də bu iqtidar “göydən üç alma düşdü” nağılıyla ölkəni idarə etməkdədi. Bu şəxslər bir primitiv mübarizə metodu seçiblər. “Hakimiyyətimizi bəyənməyənlər uğurumuza qarşı olanlardı” qışqırırlar. Hələ də bilmirəm, bu komanda uğur və inkişafı harada gizlədib ki , biz onu görmürük. ABŞ, Böyük Britaniya, beynəlxalq təşkilatlar, eləcə də dünyada nüfuz yeri olan siyasi qurumlardan hakimiyyətə irad gələndə “erməni barmağı” var deyirlər.

Elə bir formada təbliğat maşını (əslində təbliğatsızlıq) işə düşür ki, guya bu ölkə və təşkilatları erməni lobbisi idarə edir. Yalandır, onlar heç kimdi. Heç bir Dövlətə də təsirləri yoxdur. Sadəcə, tarixən ermənilər güclülərin əlində ələ yatımlı alət olublar. Beyindən alətə siqnal gəlir, alətdən beyinə siqnal getmir ki. Ermənilər ələ yatımlı alət olduqlarından əsirlərdi günləri alda