Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Sentyabr 2017

Qəlbi yalnız iman nuru ilə işıqlandırmaq olar

Zahir gözü kor olan insan Allahı görə bilirsə, qəlb gözü kor olan insan Allahdan qəflətdə qalır
İnsanın həyatı onun qəlbindən və ruhundan asılıdır. İnsan cismini idarə edən, əzalara məqsədli hərəkət verən şey ruhdur. Demək, insanın səadəti onun qəlbinin necəliyindən asılıdır. Cisim xəstələndiyi kimi, ruh da xəstələnə bilər. «Şuəra» surəsinin 89-cu ayəsində buyurulur: «Sağlam qəlblə Allahın hüzuruna gələndən savayı (kimsə fayda görməz)».
Ruhun xəstəliklərinə əhəmiyyət verməmək olmaz. Əgər orqanizmin xəstəliyi yalnız dünya həyatında əziyyətlidirsə, ruhun xəstəliyi əbədi axirət əzabı ilə nəticələnə bilər. Xəstə qəlb ətrafda Allahın nişanələrini görüb Onun hüzurunda olduğunu hiss edə bilmir. Belə insan bütün ömrünü küfr, günah, çaşqınlıq içində keçirir. Zahir gözü kor olan insan Allahı görə bilirsə, qəlb gözü kor olan insan Allahdan qəflətdə qalır. Belə insan qiyamət səhnəsinə kor gətirilər. «Taha» surəsinin 125-ci ayəsində oxuyuruq: «Pərvərdigara, məni nə üçün kor məhşur etdin, axı mənim gözüm vardı?!»
Ayə və hədislərdə təkrar-təkrar xəbərdarlıq edilir ki, qəlbi yalnız iman nuru ilə işıqlandırmaq olar. Bildirilir ki, küfr, təfriqə, günah, özbaşınalıq insan qəlbini zülmətə bürüyən amillərdir.
İmam Baqir (ə) buyurur: «Qəlb üç cür olur: heç bir xeyri dərk etməyən dağınıq kafir qəlbi, xeyirlə şərin mübarizə meydanına çevrilmiş qara nöqtəli qəlb, heç zaman sönməyəcək bir çıraqla işıqlandırılmış mömin qəlbi.
<