Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Sentyabr 2017

Yalçın İmanovun pozduğu sabitlik

Vəkilin “carmıxa çəkilmə” sözünü öz imiclərinə yaraşdırmayanlar əslində, bir məqamı unudur ki, onlar illərdir bu ölkədə qanunları, ədaləti, haqqı çarmıxa çəkib zatən…
Zümrüd Yağmur

Yalçın İmanova qarşı yönəlmiş ittihamlarla tanış oldum. Açığını deyim ki, gözlənilən idi və hətta bir az gecikdilər. Amma insafən, geciksələr də, yaxşı düzüb qoşublar.
Sən demə vəkil sabitliyi pozurmuş.
“Nardaran işi” məhkəməsində ən fəai vəkil kimi altı ay ərzində bu işin büsbütün absurd olduğunu sübuta yetirən vəkilərdən biri kimi Yalçın İmanovun indi özünün absurd ittihamlarla üz-üzə qalması bu ölkəni idarə edənlərin standartlarına və zehniyyətinə tam uyğundur. Nə çaşmaq, nə də heyrətlənmək üçün yer yoxdu.
Vəkilin “carmıxa çəkilmə” sözünü öz imiclərinə yaraşdırmayanlar əslində, bir məqamı unudur ki, onlar illərdir bu ölkədə qanunları, ədaləti, haqqı çarmıxa çəkib zatən… İndi Qobustan həsxanasında çarmıxa çəkilmiş Abbas Hüseynova verilən işgəncə detalları ilə mətbuatda işıqlandırılıbsa, vəkil günahkardır, yoxsa siz?
Ölkə tamamən cəza aparatıdır.
Əgər carmıxa çəkməyi orta əsərlərə aid işgəncə üsulu hesab edirsinizsə, onda bunun hesabını Aftandil Ağayevdən soruşun, vəkildən deyil.
Əgər hesab edirsinizsə ki, ölkədə sabitlik pozula bilər, onda özünüzə çəki-düzən verin, Yalçın İmanovu və digərlərini cəzalandırmağa qalxmaqla sabitliyi saxlamaq olmayacaq.
Çünki siz elə bütünlükdə qeyri-sabitliyin özüsünüz.
Zehniyyətiniz, idarəciliyə yanaşmanız, məmurluq anlayışınız bu ölkədə hər an sabitliyin pozulması üçün tam əsas verir.
Digər yandan, Qobustan həbsxanasının qarşısında ailələrin toplaşması haqqında qərar vəkillə müzakirə olunmayıb, bu ailələrin rahatsızlığı ucbatından alınmış qərardı və hər kəsə də bəlli olduğu kimi orda hər hansı bir sabitlik pozulmasından söhbət gedə bilməz. Bir də təkçə Tale Bağırzadə ilə bağlı deyil, başqa bir siyasi məhbusla bağlı da eyni hal baş verərsə, ailələr eyni şeyi edəcək.
Əgər yaxınlarını haqsız yerə həbs etdiyiniz insanların sizdən hesab sormasını istəmirsinizsə, onda özünüzə bir zəhmət “cəza verib” kimliyinizdə koorektələr edin və işgəncə vermək həvəsinizi bir balaca söndürün.
İnanın, sizin probleminiz Yalçın İmanov və ya digər vəkillər, nahaq yerə həbs etdiyiniz insanlar deyil, əsl problem elə özünüzsünüz.
Cəza verməyə birini arayırsanız, elə özünüzə verin. Məsələn, işgəncə vermək istəyəndə veməyin, rüşvət istəyəndə nəfsiniz tutun, yalan danışmaq istəyəndə dilinizi dişləyib susun, böhtan atmaq istəyəndə həvəsinizi basdırın.
Bu cəzalar bəlkə sizi “təmizlədi”?!


174 بازدید