Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Sentyabr 2017

Məmur və xalq sevgisi

Azərbaycanda bir nəfər düz-əməlli məmur tapmaq çətindir ki, onun qəlbində xalq, millət sevgisinin mövcud olmasına inanasan
Bu yaxınlarda saytların birində bir məqlaə çıxmışdı. Müəllif ürək yanğısı ilə soruşur ki, görəsən nə üçün bizim ölkədə bir dənə də olsun məmur xalq tərəfindən sevilmir. Rəhmətliyin nəvəsinə demək lazımdır ki, sən nəyi qoyub nə axtarırsan. Onun verdiyi bu sualdan daha mühüm sual budur ki, görəsən bu ölkədə vətəndaşı sevən məmur varmı? Axı qəlblər qarşılıqlıdır deyirlər.

Azərbaycanda bir nəfər düz-əməlli məmur tapmaq çətindir ki, onun qəlbində xalq, millət sevgisinin mövcud olmasına inanasan. Bu ya sıfır həddindədir, ya da bir-iki vicdanlı məmur varsa da onlar da pis, açlaq məmurun çoxluq təşkil etdiyi hökümətdə işləyə bilməyib ya istefa verirlər, ya da şərlənib həbsə atılırlar.

Hər il istəsəniz müşahidə edə bilərsiniz. Məmurlar ancaq və ancaq səviyyəsiz sözlər, hərəkətlərlə gündəmi zəbt edirlər. Onların qəlbində zərrə qədər xalq sevgisi yoxdur. Məsələn, Əli Həsənovun xalqı sevməsinə necə inana bilərik ki, bu xalqın ən hüznlü, dərdli parçsı olan qaçqın və məcburi köçkünlərə televizorda "məsləhət" verib 30-40 manat pulu necə xərcləmələrini onlara "öyrədirdi". Daha sonra nəvəsinin maşın kolleksiyası "maşın bazarı"na çıxdı! Yaxud hansı dərədə olduğu bəlli olmayan baş nazir xalqı necə sevə bilər, bir halda ki, o hazırda tutduğu postda "kukladan" savayı bir şey deyil. Üstəlik, biz Heydər Əliyevin zamanından tutmuş bu günümüzə qədər saysız-hesabsız məmurun işdən qovulduğunun, həbsə atıldığının, vətənə xəyanət etdiyinin, ən yaxşı halda xaricə qaçdığının şahidi olmuşuq. Əlbəttə, bəziləri şərləniblər. Amma şərlənən vicdanlı məmuru çıxmaq şərtiylə vicdansız məmur şərlənməzdən öncə öz aqibətini düşünməli idi. Əlavə olaraq qeyd edək ki, vicdansız məmurun özü də şər-xətə məmurdur və bir gün hökümətdə kimlərləsə sözü düz gəlmədiyi üçün problemlərlə üzləşir.

Lap dəqiq olaraq da yaza bilərik;

Metro Tağı hər zaman öz qabalıq və kobudluğu ilə yadda qalıb. Adamın dördüncü hakimiyyət sayılan media mənsublarını "ağcaqanad" yerinə qoyduğu (sən burdan cızıldayırsan o da burdan dediyi) vaxtlar indi də xalqın yadından çıxmayıb. Sonuncu dəfə mülküyyətinin aşkarlanmasına hər dörd jetondan birinin öz cibinə getdiyini də nəzərə alsaq bu insanın qəlbində zərrə qədər xalq, vətəndaş sevgisinin olmadığı məlum olar.

Əli Həsənov xalqdan oğurladığı pulların hesbaına nəvəsinə maşın kolleksiyası alır. Bu insan xalq sevən olsaydı qaçqın və məcburi köçkünlərin malına göz tikərdimi?

Müdafiyə naziri xalqı sevən olsaydı onların balalarının hərbi hissələrdə qırılmasına, intihar etmələrinə, dedovşina hallarına yol verərdimi? Onun rəhbərliyi altında olan hərbi hissələrdə əsgərin sonuncu dəfə nə vaxt dilinə yumurta dəydiyini bilmir. Üstəlik hərbi hissələrdə rüşvətxorluq baş alıb gedir. İstənilən bir vətəndaşdan rahatca rüşvət ala bilirlər.

Səhiyyə nazirinin qəlbində vətəndaşa hörmət və məhəbbət varmı? Əgər olsaydı vətəndaşı Astara-Biləsuvar gömrüklərində (İran xəstəxanalarına getmək üçün) əsir-yesir etməzdi. Hələ İranda öz dərdinə dərman tapa bilməyib məcbur olub avropa ölkələrinə gedənləri demirəm. Səhiyyəmizdə də rüşvətxorluq baş alıb getməkdədir.

Təhsil nazirinin qəlbində vətəndaş sevgisi, vətən övladı məhəbbəti və qayğısı varmı? Əlbəttə ki, yox. Çünki bu cür olsaydı məktəblərdə rüşvətxorluq aradan qaldırılardı. Məktəbliyə düz-əməlli təhsil verilərdi. Onlar məktəbi, universiteti qurtarar-qurtarmaz xarici ölkələrə oxumağa getməzdilər. Öz ölkələrindəki keyfiyyətli təhsillə məşğul olardılar.

Polis nazirinin qəlbində vətəndaş sevgisi olsaydı bu qədər həbsxanalar vətəndaşla dolmazdı. Polislər kücədə, yolda insanlara zülm etməzdilər. Etiraz edən xalq kütlələri polislər tərəfindən vəhşicəsinə bir rəftarla üzləşməzdilər.

Əlbəttə bütün bunlar işə yaramayan bir hökümətin kiçik bir parçasıdır. Və diqqət etsəniz görərsiniz ki, adları çəkilən məmurların sələfləri (onlardan əvvəl bu vəzifəni tutanlar) də pis ad çıxarıblar. Çünki onlar da bu hökümətin bir parçası olublar.

Bununla da məlum olur ki, əslində vətəndaş öldü ya qaldı məmurun vecinə deyil. Olmayacaq da. Vətəndaşı sevməyən məmur isə vətənini, dövlətini heç zaman sevməyəcək. Çünki insana hörmət qoyulmayan ölkədə vətənin zərrə qədər dəyəri olmaz. Axı bu vətəni vətən edən vətəndaşdır. Əbəs yerə deyilməyib ki, uğrunda ölən varsa vətən var. Bu ölən isə həmin vətəndaşdır ki, məmurun qəlbinə ona qarşı zərrə qədər məhəbbət yoxdur. Əlbəttə, vətəndaş vətən uğrunda ölməkdən daha çox özünü yandırmaqla, intihar etməklə, həbsxanada xəstə vəziyyətdə saxlanmaqla, döyülməklə yaxud acından ölür.

Bir ölkənin nəinki məmurları, hətta xalq tərəfindən "seçilən" deputatları (əlbəttə söz gəlişi yazdıq bunu, yoxsa bizim ölkədə Milli Məclisdəki stullar pulla satılır) xalqın müəllim təbəqəsini günortadan sonra divar malalamağa çağırırsa, xaricdə işləməyə gedənlərə "odxod" deyirsə, gənclərini təhqir edirsə bu ölkənin məmurundan da heç nə gözləmək olmaz. Mənfiliklərdən başqa.


245 بازدید
در حال ارسال اطلاعات...