Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Sentyabr 2017

İslam Peyğəmbərinin (s) meracı elmi və əqli baxımdan necə sübut olunur?

Həzrət Peyğəmbər (s) Məkkədən Beytül-müqəddəsə hərəkəti əksər alimlərin nəzərincə ruhani və cismani olmuşdur.
Merac hadisəsinin isbatında ağıl acizdir. Bu vaxtadək kimsə belə bir iddiada olmamışdır. Merac məsələsi nəqli yolla sübuta yetir. Yəni Quran ayələri və rəvayətlər həzrət Peyğəmbərin (s) meracını qəti şəkildə bəyan edir.
Amma meracın ağıla sığıb-sığmadığı təbii bir sualdır. Ruhun və cismin xüsusiyyətlərini diqqətlə nəzərdən keçirsək, merac hadisəsini mümkün hesab edərik.
Peyğəmbərin (s) meracı üç hissə olub: Məscidül-həramdan (Kəbə) Məscidul-əqsayadək (“İsra” mərhələsi), Beytül-müqəddəsdən (Məscidul-əqsa) bərzəx aləminədək (“Merac” mərhələsi) və səmalardan ötməklə qeyb aləminin müşahidəsi. (“Ərac” mərhələsi)
Həzrət Peyğəmbər (s) Məkkədən Beytül-müqəddəsə hərəkəti əksər alimlərin nəzərincə ruhani və cismani olmuşdur. Nəzərə alsaq ki, insan ruh və bədəndən ibarətdir, insanlıq ruha aiddir, bədən bir vasitədir, cism ruha tabedir, güclü ruh hər işə qadirdir, onda ağıl İsra hərəkətini inkar etməz. İmam Sadiq (ə) buyurur: “Niyyət güclü olanda bədən heç bir iş qarşısında aciz olmur.” (“Biharul-ənvar”, c. 70,s, 210-212.) Həzrət İsanın həvarilərinin suyun üstü ilə yeriməsindən söhbət düşərkən İslam Peyğəmbəri (s) buyurdu: “Əgər yəqinlikləri daha çox olsaydı, hava ilə də gedə bilərdilər” (“Biharul-ənvar”, c. 70,s, 210-212.) Ruhun gücü hesabına cismin hərəkəti “teyyül-ərz” adlanır. Belə insanlar haqqında kifayət qədər məlumatlar var. Amma bu hərəkətin dərəcəsi bədənin ruha tabeçilik dərəcəsindən asılıdır. İslam peyğəmbərində (s) bu tabeçilik ən yüksək dərəcədə idi. Bu günki dünyamızda ruhun gücünə havada dayanan təriqətçiləri görənlər Peyğəmbərin (s) merac səfərinə şübhə etməməlidirlər.
Merac səfərinin ikinci və üçüncü mərhələləri haqqında iki baxış var: kimi bu səfərləri ruhani, kimi isə həm ruhani, həm də cismani hesab edir.
Bir sözlə, insan öz ruhunu maddi bağlılıqlardan, dünya həvəslərindən xilas edə bilsə Allaha doğru hərəkət edə bilər.


709 بازدید
در حال ارسال اطلاعات...