Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Avqust 2017

FİZİKİ SAĞLAMLIQ

Duaların qəbul məqamında Allahdan sağlamlıq istəyin
İslam dini orqanizm üçün zərərli şeylərə qadağan qoyub. Bəzi heyvanların əti, spirtli içkilər məhz bu məqsədlə haram buyurulur.
İnsan sağlamlığının əsas amillərindən biri təmizliyin qorunmasıdır. Həzrət Peyğəmbər (s) buyurur: «Təmizlik imandandır». İmam Musa ibn Cəfər (ə) buyurur: «Gündə bir dəfə hamamda yuyunmaq qüvvəni artırır». Heç bir dində təmizliyə bu qədər əhəmiyyət verilməmişdir. Yeməkdən qabaq və sonra əlləri yumaq, ağız və burunun yaxalanması, saçın və saqqalın daranması dinin gigiyenik göstərişlərindəndir.
İbadət zamanı bədənin, paltarın, namaz qılınan yerin təmizliyi, eləcə də, dəstəmaz və qüsl sağlamlığın qorunmasında böyük rol oynayır. Maraqlıdır ki, dəstəmaz və qüsldən qabaq bədəndə dərinin islanmasına mane olacaq heç bir ləkə olmamalıdır.
Həzrət Peyğəmbər (s) buyurur: «İnsanlara əziyyət vermək qorxusu olmasaydı, onlara dişlərini yumaq vacib buyurulardı».
İnsan nəfəs aldıqda havadakı tozların qarşısını burundakı tüklər alır. İslamda göstəriş verilir ki, hər gün dəstəmazdan qabaq buruna su çəkib buraxmaqla bu çirklər təmizlənsin. Burunun bu üsulla təmizlənməsi «istinşaq» adlanır.»
Fiziki sağlamalıq mühümdür. Həzrət Peyğəmbər (s) buyurur ki, «duaların qəbul məqamında Allahdan sağlamlıq istəyin.


1688 بازدید
در حال ارسال اطلاعات...