Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Avqust 2017

TÖVHİDİN DƏLİLLƏRİ

Təbiətə nəzər salın; yerin günəş, ayın yer ətrafındakı hərəkətini izləyin
Qeyd etmək lazımdır ki, dinin beş üsulunu (Tövhid; Ədl; Nübüvvət; İmamət; Məad.) kor-koranə qəbul etmək olmaz və bu məsələdə təqlidə icazə verilmir. İnsan istənilən bir yolla dinin beş əsasına inam əldə etməlidir. Quran və hədislərdə Allahın birliyinə dəlil olacaq kifayət qədər buyuruqlar vardır.

«Bəqərə» surəsinin 163-164-cü ayələrində oxuyuruq: «Sizin tanrınız vahid Allahdır və Ondan başqa tanrı yoxdur… Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə və gündüzün bir-birini təqib etməsində, insanlara fayda üçün dənizdə üzən gəmilərdə, Allahın yağış endirib ölü yeri diriltməsində, növbənöv heyvanları ətrafa yaymasında, küləkləri dolandırmasında, göylə yer arasında Allaha tabe olan buludlarda ağıl sahibləri üçün dəlilər vardır».

Təbiətə nəzər salın; yerin günəş, ayın yer ətrafındakı hərəkətini izləyin. Yerin günəş ətrafında fırlanmasından dörd fəsil, yerin öz oxu ətrafında fırlanmasından isə gecə-gündüz yaranır.
Günəş istisindən dənizin suyu buxarlanıb buluda dönür, havadakı istilik fərqindən yaranmış küləklər buludları dağlara qovur. Dağlara yağan qar və yağışlardan yaranmış çaylar yer üzünün yaşıl örpəyini dirçəldərək yenidən dənizlərə qayıdır.
Bütün bu qanunauyğunluqlar, kainatın belə bir nizamlı quruluşu vahid olan Allahın varlığına şəhadət vermirmi?! Tovuz quşunun günəş şüaları altında bərq vuran əsrarəngiz surəti böyük rəssamdan danışmırmı?!


2141 بازدید
در حال ارسال اطلاعات...