Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Avqust 2017

DUANIN QAYDALARI

Dua zamanı və duadan qabaq Allahın əzəməti haqda düşünmək
İmam Sadiq (ə) buyurur: «Duanın qaydalarını gözlə...» (Məhəmməd Baqir Məclisi, “Biharul-ənvar”, 93-cü cild, səh.322, 16-cı rəvayət )
Necə dua edək? Məgər dua etməyin qayda və şərtləri var? Yoxsa xüsusi yer və xüsusi vaxta ehtiyac var?
Quran və pak Əhli-beyt (ə) rəvayətlərindən məlum olur ki, Allahın dərgahına çatmaq üçün heç bir xüsusi yer və xüsusi vaxt lazım deyildir. Allahın rəhmət qapısı Onun yolçularının üzünə həmişə açıqdır. İnsan hər zaman Allaha qəlbini açarsa, Allah onun cavabını verər.
Əlbəttə, cümə axşamı və Qədr gecəsi kimi zamanlarda, Məscidül-həram, imam Hüseynin və başqa imamların məzarları kənarında dua etməyin fərqli xüsusiyyətləri var. Lakin Quran və rəvayətlər dua etmək üçün başqa qaydalar da göstərir. Bunlardan ən mühümü dua zamanı və duadan qabaq Allahın əzəməti haqda düşünməkdir.
Allah-təala buyurur: “Rəbbinizi inilti ilə və ahəstə çağırın.” (“Əraf” surəsi, ayə 55.)
Bu ayədə dua etmək əmr olunur. Lakin ayə buyurur ki, dua inilti ilə və ahəstə şəkildə olsun. Bu ayədə iki nöqtə qeyd olunur: Ahəstə dua etmək, yalvarış və inilti halında olmaq:
Allah bəndələrinə yaxındır, onların duasını eşidir. Buna görə də qışqırıq və fəryada ehtiyac yoxdur. Möminlərə peyğəmbərin yanında səslərini qaldırmamaq tapşırılmışdı. Bəs qarşı tərəf Allahdırsa necə?! Özünü Allahın qarşısında hiss edən kəs Onun hüzurunda səsini qaldırmaqdan həya etməlidir.
Qurani-Kərimdə “təzərru” (yalvarış, ahu-zar) dəfələrlə zikr olunmuş bir nöqtədir. Bu nöqtələrin zikri, bəzilərinin təsəvvürünə zidd olaraq, duanın sırf nəfsə təlqin olmadığını göstərir. Duada başqa bir nöqtə də var. Əks-təqdirdə təlqin “təzərru”dan da üstün digər bir şəkildə mümkün olardı. Qurani-Kərimin iki ayəsində “təzərru” ilə bağlı oxşar məfhumlar ifadə olunur. Ayələrdən birində buyurulur: “Səndən əvvəl də ümmətlərə (peyğəmbərlər) göndərdik. Sonra onları müsibət və fəlakətə düçar etdik ki, bəlkə yalvaralar.” (“Ənam” surəsi, ayə 42.)
Başqa bir ayədə isə belə buyurulur: “Biz hansı bir məmləkətə peyğəmbər göndərdiksə, onun əhalisini müsibət və bəlaya saldıq ki, bəlkə, Allaha yalvarıb-yaxarsınlar!” (“Əraf” surəsi, ayə 94.)
Bu iki ayədə xalq təkid ilə Allaha yalvarmağa və ah-naləyə dəvət olunur.
Nə üçün “təzərru” (inilti)? İnildəməyin bizə hansı faydaları var? Allah nə üçün bu hala çox təkid edir? Bu mövzu barəsində çox mübahisələr olmuşdur. Hazırda isə bu mövzu ilə bağlı geniş araşdırmaya imkanımız yoxdur. Elə ona görə də xülasə izahat verəcəyik.
Bəşəriyyətin ruhu elə yaradılıb ki, insan üzü ilahi dərgaha yalvarıb-yaxarmasa bəlaya düçar olar.
İnilti və yalvarış insanı xudbinlik və təkəbbürdən uzaqlaşdırır, onu Allah qarşısındakı vəziyyətindən agah edir. Çünki inilti və yalvarış halı şəxsiyyətin sınması ilə əldə olunur. İnsanın göz yaşı, inilti və yalvarışla özünü sındırması Allah hüzurunda bəndəliyin ən gözəl nümayişidir.
Qüdsi hədisdə nəql olunur ki, Allah İsaya buyurdu: “Ey İsa Məni yalvarışsız çağırma.” (Məhəmməd Baqir Məclisi, “Biharul-ənvar”, 14-cü cild, səh.290, 14-cü rəvayət.)


2116 بازدید
در حال ارسال اطلاعات...