Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Avqust 2017

ELMİN VƏ MÜƏLLİMİN ROLU

Alimin ölümü bir qəbilənin ölümündən daha zərərlidir
Ruhun ən gözəl sifətlərindən biri elmdir. Alim günəşə, nadan isə zülmətə bənzədilmişdir. Yaranış sirlərini öyrənmədən, kainatdakı nizamdan xəbərdar olmadan, millətlərin keçmişini və bu gününü araşdırmadan insan öz qəlbini işıqlandıra bilməz.
İslam Peyğəmbəri özü şəxsən mədrəsələri gəzər, hətta imtahanlara nəzarət edərdi. Rəvayətdə nəql olunur ki, Şəfa adlı qadın Peyğəmbərin evinə gəlib onun ailə üzvlərinə elm öyrədərdi.
«Mücadilə» surəsinin 11-ci ayəsində buyurulur: «Allah iman gətirənlərin və elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaldır». 
Rəvayətlərdə buyurulur ki, alimin ölümü bir qəbilənin ölümündən daha zərərlidir. İmam Baqir (ə) buyurur: «Elmindən istifadə olunan alim 70 min abiddən üstündür».
İslam nəzərincə, insanın şəxsiyyəti onun elmi ilə müəyyən olunur. İslam Peyğəmbəri (s) buyurur ki, elmi çox olanın dəyəri də çoxdur.
Hər bir insanın mənəvi diriliyi müəllimdən çox asılıdır. Ona görə də İslamda müəllimə ehtiram vacib buyurulur. 
Həzrət Əli (ə) buyurur: «Mənə bir şey öyrədən şəxs məni özünə qul etdi». Şagird müəllimin ciddi rəftarına dözməli, ölümündən sonra ona dua etməlidir. Müəllim də öz növbəsində şagirdi müəyyən bir səviyyəyə çatdırmağa səy göstərməli, elmi qavrayışı aşağı olan şagirdləri həvəsdən salmamalıdır.


1097 بازدید
در حال ارسال اطلاعات...