Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Avqust 2017

“Qızıl Xaç”ın nümayəndələri Abbas Hüseynlə görüşəcək

A.Hüseynin yaxınları ona işgəncə verilməsindən, onun səhhətində yarana biləcək problemlərdən narahatdırlar
Nardaran məhbusu, Müsəlman Birliyi Hərəkatının fəallarından Abbas Hüseynin ailə üzvləri Qızıl Xaç humanitar təşkilatının nümayəndələri ilə görüşüblər və həbsxanada ona baş çəkmələrini istəyiblər. A.Hüseyn Qobustan qapalı həbsxanasında saxlanılır və özünün vəkil vasitəsilə ictimaiyyətə çatdırdığına görə, ona, eləcə də başqa dustaqlara orada amansız işgəncələr verilib.

A.Hüseynin yaxınları ona işgəncə verilməsindən, onun səhhətində yarana biləcək problemlərdən narahatdırlar. Onlar istəyirlər ki, Qızıl Xaçın nümayəndələri yerindəcə A.Hüseynin vəziyyəti ilə tanış olub, ona hansı işgəncələrin verildiyini qeydə alsınlar.

Qızıl Xaçın nümayəndələri A.Hüseynə baş çəkəcəklərinə və müvafiq addımlar atacaqlarına söz veriblər.

Məlumatı azadliq-a A.Hüseynin yaxınları verib.


1350 بازدید
در حال ارسال اطلاعات...