Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Avqust 2017

İSLAM TƏRKİ-DÜNYALIĞA ZİDDİR

Mənim ümmətimdə röhbaniyyət yoxdur.
Quran və Əhli-beyt röhbaniyyəti, yəni cəmiyyətdən uzaqlaşıb ibadətə məşğul olmağı rədd edir. “Hədid” surəsinin 27-ci ayəsində Həzrət İsanın (ə) röhbaniyyət yolunu seçmiş ardıcılları tənqid olunur: “Rahibliyi onlara Biz vacib etməmişdik. Lakin onlar Allahın razılığını qazanmalı olduqları halda rahibliyi icad etdilər.”

Ayədən məlum olur ki, tərki-dünyalıq yanlış bir yoldur. Həzrət Peyğəmbər (s) buyurur: “Mənim ümmətimdə röhbaniyyət yoxdur.” (“Biharul-ənvar”, 70-ci cild.) Rəvayətə görə Osman adlı birisi oğlunun ölümündən sarsılaraq evi tərk edib məscidə pənah gətimişdi. Əhvalatı eşidən Peyğəmbər (s) Osmana dedi: “Allah-təala röhbaniyyəti bizə yazmamışdır. Mənim ümmətimin röhbaniyyəti Allah yolunda cihaddır.” (“Biharul-ənvar”, 8-ci cild.)

Bəziləri din alimlərindən gileylənirlər ki, onların tərki-dünya olmadan dünyaya aldanmamaq göstərişi ziddiyyətlidir. Onların fikrincə cəmiyyətə çıxan insan hökmən dünya bər-bəzəyinin təsiri altına düşür. Bəli, nəfsi qorumaq çətin bir işdir. Amma buna baxmayaraq dünyaya qul olmamaq şərti ilə onun nemətlərindən istifadə etmək ən doğru yoldur. Sadəcə, insan dünyaya onu kamilliyə aparcaq körpü kimi baxmalıdır.


2268 بازدید
در حال ارسال اطلاعات...