Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Avqust 2017

MƏAD (ÖLÜMDƏN SONRAKI HƏYAT)

Bütün insanlar öz ruhlarını nə zamansa Əzrail adlı mələyə təslim edəcəklər.
Qurani-Kərimdə yüzdən çox ayədə məaddan, yəni ölümdən sonrakı həyatdan danışılır. Yaranış nizamının məntiqi davamı olan məada etiqad İslamda beşinci əsas etiqaddır.
İnsan bir damla sudan yarandığını unudubmu?! Doğrudanmı heçdən yaranmış bir məxluq qəbirdəki çürümüş sümüklərdən yenidən diriləcəyinə inanmaya bilər?!

«O, yaradılışı başlayan, sonra onu bir daha təkrar edəndir. Bu iş Onun üçün çox asandır». («Rum» surəsi, ayə 27.) «…Göyləri və yerləri yaradan, bu yaradılışda acizlik göstərməyən Allah ölüləri diriltməyə də qadirdir». («Əhqaf» surəsi, ayə 33.)

Məadın inkarı ilahi ədalətin inkarıdır. Əgər dünya həyatı ölümlə sonuclansaydı, hansı ilahi ədalətdən danışmaq olardı?! Millətlərin qanını sovurub, uca imarətlərini al rəngə boyayan zalımlar cəzalanmayacaqsa, həqiqət yolunda fədakarlıq nəyə lazımmış?! Yox! Belə olası deyil! «Hər kəs zərrəcə pislik etsə, onu görəcəkdir». («Zilzal» surəsi, ayə 7-8.)

Bütün insanlar öz ruhlarını nə zamansa Əzrail adlı mələyə təslim edəcəklər. Qəbir evində ilkin sorğudan keçən insan bərzəx aləmində müvəqqəti sığınacaq tapacaq. Vəd olunmuş gündə qiyamət bərpa olacaq və ən ağır sorğular başlanacaq. Və nəhayət, kimi olduğu əbədi behiştə, kimi inanmadığı əbədi cəhənnəmə qovuşacaq!


2090 بازدید
در حال ارسال اطلاعات...