Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Avqust 2017

NAMAZ DİNİN SÜTUNUDUR

Namaza münasibətdə Allahı… Allahı unutmayın
Əmirəlmöminin Əli (ə) vəsiyyətnaməsində Quranın mühüm göstərişlərini nəzərdən keçirir. Bu göstərişlərin şəri, ibadi yönümləri var. Yalnız İslama etiqadlı insanlar bu hökmləri qəbul edib, əməl üçün çalışır. Öz-özlüyündə ağıl bu hökmləri dərk etməyə qadir deyil. Bu göstərişlər arasında öndə namaz gəlir. Əmirəlmöminin (ə) bu barədə buyurur: «Namaza münasibətdə Allahı… Allahı unutmayın; o (namaz) dinin sütunudur.»
Əmirəlmöminin (ə) namazı Quranın ən mühüm göstərişi sayaraq onu bütün işlərdə müqəddəm tutmağı tapşırır. Qurani-kərimdə təkrar-təkrar namazdan, onun əhəmiyyətindən, xüsusi yerindən danışılmışdır. Allah-təala müxtəlif bəyanlarla namazı tövsiyə edir. Axı bu ibadətdə nə sirr var? Əlbəttə ki, biz müsəlmanlar inanırıq ki, Allah nə buyursa gerçək həqiqətdir və həmin buyuruqda anlamadığımız bir hikmət var. Amma biz namazın müəyyən səciyyələrini və hikmətlərini anlaya bilərik. Olsun ki bu yolla namaz və onun əhəmiyyətinə diqqətimiz arta. Əgər namazın əhəmiyyətini dərk etsək və onu adət üzrə yerinə yetirməsək, həm onun vaxtına diqqətli olar, həm də çalışarıq ki, namazda qəlbimiz iştirak etsin. Bu yolla namazın nurundan daha çox bəhrələnər, ruhumuzun dərdlərinə çarə qılarıq.
Bəli, namaz ruhi xəstəliklər üçün ən böyük, ən təsirli və ən üstün dərmandır. Rəvayətlərdə buyurulduğu kimi, namaz insanın hər gün beş dəfə ruhunu paka çıxardığı çeşmə kimidir. Namazda qəlbin və ruhun bulaşıqlıqları təmizlənir. İnsan namaz qılmaqla ruhuna ilahilik verir, onu alçaqlıqdan yüksəkliyə hərəkətə gətirir. Namazda aramlıq vermək səciyyəsi var. Nigaran və iztirab içində qalmış insan iki rəkət namaz qılmaqla Allahla rabitə yaradıb aramlıq tapa bilər.


2312 بازدید
در حال ارسال اطلاعات...