Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Avqust 2017

İMAN VƏ YƏQİNİN ƏLAQƏSİ

Allah Öz bəndələrindən yəqinliyə çatmış iman istəyir
Peyğəmbər və məsum imamlar öz dəvətlərində şəkk-şübhədən qurtularaq yəqinlik əldə etmək məsələsinə xüsusilə təkid etmişlər. “Biharul-ənvar”ın 70-ci cildində belə bir rəvayət nəql olunur: “Bir gün sübh çağı Peyğəmbər məscidə daxil oldu. Məsciddə gördüyü gəncin pərişanlığı onun diqqətini cəlb etdi. Həzrət (s) cavandan soruşdu: “Sübhü necə açdın?” Cavan ərz etdi: “Sübhü yəqinlik halında açdım.” Həzrət buyurdu: “Yəqinliyinin əlaməti nədir?” Cavan ərz etdi: “Sanki nemətə qərq olmuş behişt əhlini və əzaba düçar olmuş cəhənnəm əhlini görürəm, gözümün yuxusu ərşə çəkilib.” Peyğəmbər ona dua etdi: “Allah səni bu halda sabit saxlasın.”
Bəli, Allah Öz bəndələrindən yəqinliyə çatmış iman istəyir. İnsan behişt və cəhənnəmi görürmüş kimi iman gətirməlidir. Yəqinliyin də dərəcələri vardır: elmül-yəqin, eynül-yəqin, həqqül-yəqin. Bütün bu deyilənləri çox gözəl bilən bir alim “iman yəqinlə bir araya sığmır” deyir! Aman nəfsin əlindən!
Bu ziddiyyətin sirri nədir? Yalnız və yalnız özünəpərəstiş! “Casiyə” surəsinin 23-cü ayəsində buyurulur: “Həva-həvəsini özünə tanrı edəni və öz elmi ilə zəlalətə düçar olmuşu, qulağı və qəlbi möhürlənmişi və gözünə pərdə çəkilmişi gördünmü? Onu Allahdan başqa kim hidayət edəcək?!”


1868 بازدید
در حال ارسال اطلاعات...