Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Avqust 2017

ƏDALƏT (ƏDL)

Onun kimsəyə zülm etməsi qeyri-mümkündür.
İslam dinində beş əsas etiqaddan biri ədl, yəni Allahın ədalətli olmasıdır. Ədl Allahın kamal sifətlərindən biridir. Allah bütün işləri hikmətlə gördüyündən, alim olub bütün yaxşılıqları və pislikləri tanıdığından, zatən ehtiyacsız olduğundan Onun kimsəyə zülm etməsi qeyri-mümkündür.
İnsanı ədalətə çağıran Allah necə ola bilər ki, kimsəyə zülm etsin. «Ər-rəhman» surəsinin 9-cu ayəsində buyurulur: «Tərəzini düz tutun və çəkini əskiltməyin».

Materialist əqidəli insanlar dünyada baş verən hadisələrin əsl mahiyyətini anlamadan, bəzən insana zülm olunduğunu iddia edirlər. Əslində isə, zahirən zülm görünən hadisənin arxasında ilahi ədalət dayanır. «Bəqərə» surəsinin 216-cı ayəsində Allah-təala buyurur:
«Xoşlamadığınız bir çox şeylər var ki, sizə xeyirlidir».

Başqa bir ayədə oxuyuruq:
«Qiyamət günü ədalət tərəzisini qurarıq. Heç kəsə əsla haqsızlıq edilməz». («Ənbiya» surəsi, ayə 47.)
Demək, insan hadisələrin mahiyyətini dərk etmədən qərar çıxarmamalıdır.

Şəhid Dəstğeyb belə bir rəvayət nəql edir: «Peyğəmbərlərdən biri çay kənarından keçərkən uşaqların bir kor oğlanı suya batıraraq, ona əziyyət verdiklərini görür. Peyğəmbər Allaha dua edir: «Pərvərdigara, bu uşağın gözünə şəfa ver ki, əziyyət çəkməsin». Allah uşağa şəfa verir. Gözləri açılmış oğlan ətrafındakı uşaqları suya batıraraq, bir-bir boğmağa başlayır. Peyğəmbər duasına peşman olub, səhvini anlayır».


1452 بازدید
در حال ارسال اطلاعات...