Şrift ölçüsü:
A+
A
A-
Kr
30 İyul 2017

AĞILDAN İSTİFADƏNİN ƏHƏMİYYƏTİ...

Allahı yaddan çıxaran insan istənilən bir fəlakətə düçar ola bilər
AĞILDAN İSTİFADƏNİN ƏHƏMİYYƏTİ, ALLAH ZİKRİ VƏ QƏFLƏTDƏN HƏZƏR

Merac hədisində Allah-təala ilə həzrət Peyğəmbər (s) arasındakı söhbətlərin rəngarəng üsulu danışıqda bəlağətin bir növüdür. Eyni bir üslubda söhbət yorucu olur. Rəngarəng üslublardan istifadə edildikdə isə söhbət təravətli və canlı olur.
Allah-təala peyğəmbərə bir neçə tövsiyə verərək buyurur: “Ey Məhəmməd, səyini bir istiqamətdə yönəlt və dilini bir halda qərar ver. Bədənini diri saxla və heç vaxt qafil olma. Məndən qəflətdə olanların hansı vadidə həlak olacağı mənim üçün mühüm deyil.”

Tövsiyələrdən belə bir nəticəyə gəlmək olmaz ki, insanın dünyada yalnız bir məqsədi olmalıdır. Məqsəd odur ki, insan yalnız Allahın razılığı intizarında olmalıdır. İstər ictimai, istər fərdi, istər maddi, istərsə də mənəvi işlərdə Allahın razılığı əsas götürülməlidir. Rəvayətdə tövsiyə olunur ki, insan gah dünya, gah da axirət ardınca qaçmamalıdır. Onun bütün səy və təlaşı Allahın razılığını qazanmaq istiqamətində yönəlməlidir.
Şirk (Allaha şərik qoşma) səbəbindən insan həm Allahı istəyir, həm də başqalarını. Bu xüsusiyyət onun əməl və rəftarında da öz təsirini qoyur. İnsan şəraitə uyğun danışmağa və hərəkət etməyə başlayır. Belələrinin əsas məqsədi istənilən bir vasitə ilə başqalarının diqqətini cəlb etməkdir. Axirət əhli isə belə deyil.
Sonra Allah qəflətin bəlası kimi pis aqibəti bəyan edir. Allahı yaddan çıxaran insan istənilən bir fəlakətə düçar ola bilər. Allahın varlıq aləmindəki qaydalarına görə insan azaddır. Allahın buyuruqları isə sadəcə insanı qəflətdən oyatmaq üçündür. Qurani-kərimdə oxuyuruq: “Allahın zikrindən dönənə şeytanı urcah edərik ki, onunla yoldaş olsun.” (“Zuxruf”, 37.) Şeytan Allahı zikr edən insana heç vəchlə yol tapa bilməz. Quranda oxuyuruq: “Şeytanlar onları doğru yoldan çıxarar, onlar isə haqq yolda olduqlarını güman edərlər.” (“Zuxruf”, 37.)
Merac hədisinin davamında oxuyuruq: “Ey Məhəmməd, ağlını əlindən çıxmamış işə sal. Ağlından istifadə edən kəs xəta, tüğyan etməz.” Bəli, ağılından bəhrələnən insan hədləri tanıyır və riayət edir. Ağılını bir kənara qoyan insan isə həddi aşaraq şəhvət və ya qəzəbə məğlub olur.


1730 بازدید
در حال ارسال اطلاعات...