Şrift ölçüsü:
A+
A
A-
Kr
27 İyul 2017

HİCAB

Hicab, qadının izdihamlı şəhərlərdə rahat fəaliyyət göstərməsinə əlverişli şərait yaradır
Hicab, təzəliyini və sağlamlığını qoruyub saxlayan meyvə qabığına bənzəyir. Nə qədər ki, qadınlarda bu hicab və iffət var təravət, gözəllik, yenilik və sağlamlıqdan bəhrələnirlər. Amma hicabı açan kimi sağlamlıq və gözəllik də aradan gedir.
Allahın vacib buyurduqlarından biri də hicabı qorumaqdır ki, bir çox mənəvi, ictimai, ailəvi, ruhi və hətta cismi mənfəətlərlə doludur.
Bu yazı öz keçmiş metoduna əsasən yalnız çox qısa şəkildə cismani zərərlərə işarə edir.

Hicabsızlığın cismi zərərləri

Hicabsızlar üçün mütəmadi olaraq vəhşicəsinə cinsi təcavüzlərə məruz qalmaqdan, qətldən və bəzən müqavimət göstərdikdə kobudcasına döyülməkdən artıq zərər nə ola bilər. Bəzən də bu təcavüzlərin sonu xəstəliklərlə nəticələnir.
Statistik məlumatlara görə İsveçdə qadın hər 20 dəqiqədən bir döyülərək yaralanır və hər 3 saatdan bir təcavüzə məruz qalır.
Hicablı qadınlar üçün cinsi və cismi təhlükəsizlikdən artıq hansı faydaları bəyan etmək olar?

Nyuyork Taymzın müxbirinin hicab barəsində etdiyi söhbət

Nyuyork Taymzın müxbirinin, "İslama sığınan qadınlar, yeni bir təhlükəsizlikdədirlər" sərlövhəli məqaləsində müsəlman xanımlarının günü-gündən hicaba gəlməsinə işarə edərək yazır: hansı iş bu qayıdışa səbəb olub? Elə bir qayıdış ki, sözün əsl mənasında şəxsi və ictimai azadlıqlarda formalaşmışdır.
Bunun cavabını islamçıların Orta Şərqin modern cəmiyyətinin ruhuna və kişi və qadınına bəxş etdikləri uca məqam və dəyərdə axtarmaq lazımdır.
Hicab, qadının izdihamlı şəhərlərdə rahat fəaliyyət göstərməsinə əlverişli şərait yaradır və ətraf şəhərlərdən paytaxta iş axtarmağa gələn cavan kişilərin, onlara mane olmasının qarşısını alır.
Bu geyim (hicab), ətrafında olanlara bir xəbər çatdıraraq deyir: "Bu bir nəcib qadındır. Onunla işiniz olmasın". Həmçinin qadına, heç bir cinsi təcavüzlərə məruz qalmadan şəhərin cəmiyyətlə dolu olan nəqliyyat vasitələrindən istifadə etməyinə kömək edir. ("Beheşte cəvanan", səh.266.)


1883 بازدید
در حال ارسال اطلاعات...