Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyul 2017

Məzlumun (zülm olunan şəxsin) duası qəbuldur

Tacir ruzi intizarındadır, möhtəkir isə (baha satmaqdan ötrü mal alıb yığan) lənət
Dünyada yaxşı iş görənlər axirətin də yaxşı iş görənləridir. Adəm övladının danışdıqlarının hamısı öz zərərinədir, əmr be məruf, nəhy əz münkər və Allahın zikrindən başqa. Peyğəmbərlər yol göstərənlərdir, dərindən düşünüb dərk edənlər isə ali insanlardırlar. Onlarla həmnişin olmaq isə xeyir gətirər. Yeməkdən sonra əlləri yumaq isə qüssəni aradan aparar və gözün nurunu artırar. Tacir ruzi intizarındadır, möhtəkir isə (baha satmaqdan ötrü mal alıb yığan) lənət intizarında.

Bütün səadət Allaha itaətdə keçən uzun ömürdədir. Vay olsun o kəsə ki, ailəsi üçün xeyir qoyub gedir, Allahın hüzürunda isə şərlə varid olur. (Yəni qoyub getdiklərindən ötrü mal-dövlət qoyar, günahlarını isə qəbrə ararar.) Məzlumun (zülm olunan şəxsin) duası qəbuldur, hətta günahkar da olsa.


2850 بازدید
در حال ارسال اطلاعات...