Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyul 2017

DUA

Dua ibadətin məğzi və ruhudur
«Ğafir» («Mömin») surəsinin 63-cü ayəsində buyurulur: «Rəbbimiz buyurmuşdur: «Məni çağırın, icabət edim (sizə cavab verim). Həqiqətən, Mənə ibadət etməkdən boyun qaçıranlar tezliklə zəlil halda cəhənnəmə daxil olacaqlar».
İslam Peyğəmbəri (s) buyurur: «Dua ibadətin məğzi və ruhudur»; «Dua möminin silahı, dinin sütunu, yerin və göyün nurudur». İmam Riza (ə) buyurur: «Peyğəmbərlərin silahından (duadan) istifadə edin». Həzrət Əli (ə) buyurur: «Dua xoşbəxtliyin açarıdır».
Bütün varlığı ilə Allaha ehtiyaclı olan insan bilməlidir ki, əgər Allah bir an belə nəzərini çəksə, bütün kainat məhv olar. Dua edən insan öz Yaradanını xatırlayır, acizliyini etiraf edib Ondan kömək istəyir. Dua bütün müşküllərin açarıdır. İlk baxışdan düzəlməsi mümkün olmayan işlər, sağalmayan xəstəliklər həqiqi dua vasitəsi ilə həllini tapır.
Amma duanın da qəbul şərtləri vardır:
1. Duada qəlb iştirak etməlidir. Bəzən insan saatlarla dua oxuduğu halda, qəlbində Allahı yox, dünya işlərini düşünür. Duada davamlı olaraq Allahın hüzürunu hiss etmək zəruridir.
2. Duanın qəbulu üçün insan təvazö halında olmalı, özünü kiçik və aciz, Allahı böyük və qadir bilməlidir.
3. Duanın qəbul olacağına ümid etmək.
4. Allahı tanımaq. Allahı tanımayan insan Ondan zərərli bir şey də istəyə bilər. Dua edən şəxs Allahın qadir, alim, ədalətli olduğunu unutmamalıdır.


4616 بازدید
در حال ارسال اطلاعات...