Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyul 2017

SPİRTLİ İÇKİLƏR, RUHİ XƏSTƏLİYİN SƏBƏBİDİR

Böyük günahlardan biri də, alkoqollu (spirtli) içkiləri içməkdir
Alkoqol keyləşdirici maddədir və insanlarda sərxoşluq vəziyyəti yaradır. Alkoqollu içkilər insanın qərarsizlığına, ailədə münaqişəyə, ictimai yerlərdə özünü idarə edə bilməməsinə səbəb olur. Belə adamlar son nəticədə evindən didərgin düşür, sükan arxasında qəza vəziyyəti yaradır, cəmiyyətdə ikrah hissi oyadırlar. Alkoqol insan orqanizminə dağıdıcı təsir göstərir, ağır xəstəliklərə səbəb olur.

Böyük günahlardan biri də, alkoqollu (spirtli) içkiləri içməkdir. İndisə İslam dininin elmi əzəmətinin bir güşəsinə varmaq üçün, spirtli içkiləri içməyin bir sıra cismi zərərlərini açıqlayırıq.

1. Alkoqolun beyin və əsəb sisteminə olan zərəri
Alkoqolun başlıca və qısa müddətli təsiri mərkəzi əsəb sisteminədir. Alkoqollu içkilərin istifadəsi öncə bir növ rahatlıq, aldadıcı və ifrat azadlıqla nəticələnir. Lakin bir müddətdən sonra, öz real təsirlərini, o cümlədən: əzələlərin hərəkətində harmoniyasızlıq, qərara gəlmədə pozğunluq, hərəkət və məharət işlərinin zədələnməsi, gec reaksiya və burun və zehni fəaliyyətlər, kobudluq, anlaşılmaz danışmaq, çox danışmaq, əşyaları və insanları iki görmək və idrarın çoxalması kimi mənfi təsirlərini üzə çıxaracaqdır.

2- Spirtin sümüklərə olan zərəri
Bir qrup tədiqatçının araşdırması göstərmişdir ki, spirtli içkilər, sümüklərin zəifləməsi və sınmasına səbəb olur. Sınmız sümüklər uzun müddət ərzində çətinliklə sağalırlar.
Həkimlərin bildirdiklərinə əsasən, spirtli içkilər sümük toxumalarının işininə maneəçilik törədərək, neçə il ərzində sümüklərin zədələnməsinə cəbəb olur. Eləcə də spirtli içkilərin istifadəsi tandonların çəkilməsinə səbəb olur.

3- Böyrək
İngiltərənin tanınmış həkimlərindən biri deyir: Böyrək xəstəliyinə düçar olmuş xəstələrin 87.5 %-i spirtli içkilərin səbəbilədir. Spirtli içkilər sidiyin miqdarini da çoxaldaraq, bir sıra üzvün, o cümlədən qarının, ayaqların və kipriklərin iltihabına səbəb olur.

4- Boyun
Spirtin, xüsusilə pivənin istifadəsi nəticəsində bəzən boyun piyi çoxalaraq cərrahlıq əməliyyatına ehtiyaclı olur.

5- Spirtli içkilərin qaraciyərə zərəri
Kəskin surətdə spirtli içkilərə qurşanan şəxslər, yüksək dərəcədə böyrək və qaraciyərdə problemin təhlükəsi astanasındadırlar. "MOONSHİNE" sizin böyrəkləriniz üçün son dərəcə zərərli ola bilər, çünki onun ehtiva etdiyi qurğuşun, böyrəkləri zəhərləyə bilər.
Qaraciyərin əsas işlərindən biri də, daxil olmuş zəhərli maddələri ayırmaq və zərərsizləşdirməkdir. Lakin təəssüf ki, spirtin zəhəri qarşısında acizdir və sonda spirt öz təhrik qüvvəsini qaraciyər üzərində həyata keçirir.

6- Spirtli içkilərin qan dövranına zərəri
Mütəxəssislərin dediyinə əsasən, spirt tərkib hissəsini, mahiyyətini dəyişmədən, qana daxil olaraq, qan dövranı sistemini problemlə üzləşdirir. Mikroblar qarşısında müdafiəçi əsgər rolunu oynayan ağ qan cisimciklərini aradan aparır, dəmir tərkibini təşkil edən qan hemoqlobinini məhv edərək, bədəni son dərəcə qanazlığı təhlükəsi ilə üzləşdirir.

7- Spirtli içkilər, qidanın həzmində pozğunluğun amili
Spirt qida maddələrini bərkləşdirir, belə ki əti bir az spirt içərisinə atsaq, aşılanmış dəri kimi olar. Belə olduğu təqdirdə, mədənin başına hansı bəlanın gəldiyi məlumdur. Bundan əlavə spirt, mədə südlərini azaldararaq, xarab edir və qida üzərində təsirediciliyinin qarşısını alır, beləcə həzm olunmamış qida mədə üzərində qalır. Spirt həmçinin iştahanı da azaldır. ("Böyük günahlar" səh.249.)

8- Spirtli içkilər, ruhi xəstəliyin (dəliliyin) səbəbidir.
Dəlixanaların dəqiq statistikası göstərir ki, dəlilərin çoxu, uzun illər şəraba aludə olmuş şəxslərdir. Bir xəbərə əsasən, Amerikada ailənin yeddi üzvü ata-anasının şərabiçən olduğu üçün şüuri cəhətdən zəif-axmaq idilər. Nyuyorkun tanınmış həkimlərindən sayılan doktor Parker, bildirib ki, dəlilik və səfehlik hadisələrinin yarısı spirtli içkilər səbəbilədir.

1902-ci ildə İngiltərədə götürülən statistikaya əsasən, spirtli içkilər səbəbilə dəliliyə, ruhi xəstəliyə düçar olan insanların sayı 2249 kişiyə və 976 qadına bərabərdir.
İngiltərədə alimlərin araşdırmaları isbatlamışdır ki, təqribən 95% dəlilik, spirtə adət etməkdən qaynaqlanır.
İmam Rza (ə) buyurur: "Allah-taala şərabı haram etdi: çünki şərab, fəsad (cinayət) gətirir, şərab içənlərin əqlini alt-üst edir, onları Allah-taalanı inkar etməyə, onun və Rəsulunun adından yalan danışmağa, töhmət vurmağa vadar edir, eləcə də cinayətkarlıq və ölüm hadisələri şərab içənlər tərəfindən həyata keçirilir". ("Muntəxəbu Mizan əl- Hikmə", c. 1, səh. 334.)

ŞƏRAB HAQQINDA ALİMLƏRDƏN QISA CÜMLƏLƏR
1- Şərab qəlbi qaraldar və əqli korlayar
2- Ağlı şərab bağlayar, gözü isə yuxu
3- Şərq həkimlərindən biri deyir: Məstedicini almaq, dəliliyi almaqdır.
4- Alman tədqiqatçılarından biri deyir: Spirtli içkilər satılan mağazaları plomblayın, daha sonra zindanlardan cinayətkarları azad edin.


4932 بازدید
در حال ارسال اطلاعات...