Şrift ölçüsü:
A+
A
A-
Kr
27 İyun 2017

Qəbir daşına İmam Əlidən (ə) hədis yazılmış alman xanım...

Kinli insan gözəlliyi görməz!
Annemari Şimmel İslam dininə qərəzsız yanaşmış nadir şərqşünaslardan olub. Almaniyanın sabiq prezidenti Roman Hersoq şərqşünas xanımın anım mərasimində deyib: Əgər Annemari Şimmel olmasaydı, almanlar heç zaman başa düşməzlər ki, onların İslam haqqındakı təsəvvürləri kökündən yanlışdır!
Annemari Şimmel 1922-ci ildə anadan olub. Uşaq vaxtı oxuduğu bir ərəb nağılı onun qəlbində qığılcıma çevrilib. 15 yaşından ərəb dilini öyrənməyə başlayıb. 1944-cü ildə doktorluq dərəcəsi alan gənc xanım Ankara Universitetində tədrislə məşğul olub. Bu arada, türk, ərəb, fars, ordu, bir çox hind-avropa dillərinə yiyələnib. O, 1951-ci ildə dinlər tarixi üzrə növbəti dəfə doktorluq alıb.
Annemari Şimmel Avropanın təəssüblə Salman Rüşdini himayə etdiyi dövrdə bir müsahibədə qeyri-ənənəvi cavabı ilə öz ətrafındakıları heyrətləndirib. Annemari Şimmel deyib: Salman Rüşdi öz səthi kitabı ilə qərbdə bəzi dairələrdən imtiyaz almaq istədi. Eyni zamanda dünya müsəlmanlarının hisslərini təhqir etdi...
Bu müsahibəyə görə o 1995-ci ildə islamofobların hücumuna məruz qalıb. Amma Almaniya prezidenti kimi tərəfsiz insanlar şərqşünas xanımın tarixi xidmətlərini yüksək dəyərləndirib. Annemari Şimmel 2003-cü ildə dünyasını dəyişib. Bonn Universitetində çıxış edən professor Məhəmməd Əbülfəzh Bədram maraqlı bir nöqtəyə işarə edib: Annemari Şimmeldən soruşdum ki, bu qədər hücum qarşısında necə dözür? O, təbəssümlə cavab verdi ki, o insanlar kinli insanlardır və kinli insan gözəlliyi g