Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyun 2017

“A24” saytı üçün - Ömərin Ramazan ayındakı təravih namazından reportaj

Gələn reportajlarını gedib Ömərin təravih namazından hazırlasınlar.
Hər il olduğu kimi bu il də Qədr gecələrində nədənsə bəzi müxaliflər şiənin bu gecədə icra etdiyi ayinləri izləməli oldular. İzlədikdən sonra isə bu barədə tənqidi yanaşmalar etdilər. Zatən sosial şəbəkələrdə şiə əleyhinə bu barədə aksiyalara çoxdan start verilmişdi. Bu aksiyalara qoşulan “a24” saytı isə təhqir başlıqlı məqalə dərc edib. Bu sayt birbaşa olduğunu deyə bilməsəm də, dolayısıyla Elşad Mirinin diktəsiylə oturub-duran saytdır. Yaxud da belə də deyə bilərik ki, ilahiyyatçı ünvanıyla müraciət etdiyi şəxs Elşad Miridir. Elşad Miri isə məlum olduğu kimi savadsız, özünə ilahiyyatçı deyən bir insandır. Bütün günü efirdə, orda-burda “mən orta məktəbdən tutmuş ali məktəblərə qədər ərəbcə oxumuşam” deməsinə baxmayaraq ərəb-dilindən qandığı qrafa yoxdur. Bütün günü işi-gücü efirdə dinə insanlarda ikrah hissi oyatmaqdır. Təsadüfi deyildir ki, öz saytı olan “Din.az” saytı da bu barədə bu yaxınlarda Fazil Mustafaya tribuna vermişdi, sufi əqidəli Fazil Mustafa isə təhqiramiz bir şəkildə Quranların Qədr gecəsi başa qoyulmasına münasibət bildirmişdi.
Bəli, “A24” saytı 1-ci Qədr gecəsi “Azərbaycan məscidlərində hoqqabazlıq – Quranı başlarına qoydular” başlıqlı məqalə dərc etmişdi. Amma bir gün sonra məqalənin adı dəyişib –Azərbaycan məscidlərində Quranı nə üçün başa qoyurlar?” oldu. Amma məqalənin birinci adını “google”də axtarışa versəniz tapa bilərsiniz. Məqalədə isə Qədr gecəsi icra edilən Quranları başa qoyma ayini təhqir edilir. Özü də sayt işçiləri Yasamaldakı “Xanım Fatimeyi-Zəhra” məscidinin axundu Ramiz Tahirovla hörmətlə-izzətlə əlaqə saxlayıblar, ondan öz cavablarını almalarına baxmayaraq gedib saytlarında həyasızcasına təhqiramiz başlıqdan istifadə ediblər. Halbuki bildiyimiz qədəriylə müəllif mövqeyi olan məqalə istisna olmaqla sayt əməkdaşları, jurnalistlər, muxbirlər məsələyə obyektiv yanaşmalı, münasibət bildirməyi isə xalqın öhdəsinə buraxmalıdırlar.
Görünür sayt şiə və sünnü alimlərinin vəhdət çağırışına məhəl qoymayıb şiələri qıcıqlandırmağa çalışıb. Amma, biz bu cür fitnələrə getməyəcəyik, sadəcə “A24” saytının əməkdaşlarının yadına onların əqidəsində olan insanların qıldıqları “təravih” namazını salacaq və Ömərin camaatla qıldırdığı təravih namazından hazırladığımız “reportajı” onlara təqdim edəcəyik.
Bu cür vahhabi fikirli insanlar sübut etməyə çalışırlar ki, İslamda və İslam Peyğəmbəri (s) zamanında şiələrin etdiyi kimi Quranları başa qoyma ayini olmayıb və bu, saytın diliylə desək “hoqqabazlıqdır”. İnsan diliylə desək bir növ bidətdir. Yaxşı əgər bidətdən xoşunuz gəlmirsə nə üçün siz təravih namazı qılırsınız, özü də camaat halında. (Qeyd edək ki, Təravih namazı sünnü müsəlmanların qıldığı və müstəhəbb bildikləri namazdır. Şiənin nəzərinə görə belə bir namaz yoxdur və namaz Ömər ibn Xəttab tərəfindən icad edilib və camaatla qılınması da onun tərəfindən ortaya atılıb) Hətta, əhli-sünnənin öz mənbələrində belə bir namazın Ömər tərəfindən camaat halında qılınması qeyd edilir. Halbuki bu bidətdir və İslam Peyğəmbərinin (s) zamanında bu yox idi.
İndi isə sayt əməkdaşları zəhmət çəkib bu məsələni əhli-sünnə mənbələrindən oxusunlar. Hazırladığımız “reportajı” onlara təqdim edirik:

Mühəmməd ibn İsmail Buxari öz “Səhih” kitabında yazır:

“... Əbu Hureyrə Allah Rəsulundan (s) nəql edir: Kim Ramazanda (bu ayın nafilə - müstəhəbb namazlarını) imanla və ihtisabla (qürbətən iləllah qəsdiylə) yerinə yetirsə keçmiş günahları bağışlanar. İbn Şəhab dedi: Peyğəmbər (s) dünyadan getdi, iş elə əvvəlki kimi idi (təravih namazı camaatla qılınmırdı) sonra Əbubəkrin xilafəti dövründə də iş bu cür idi (təravih namazı camaatla qılınmırdı). Ömər xilafətinin əvvəllərində də bu cür idi.” Rəvayət işarə edir ki, sonradan Ömər bu namazın camaatla qılınmasını əmr etdi. Mənbə: Əl-Buraxi əl-Cufi, Əbu Əbdullah Muhəmməd ibn İsmail “Səhih-Buxari” c. 2, səh. 707, doktor Mustavafinin təhqiqi. Naşir: daru ibni Kəsir, əl-Yəmamə, Beyrut, 3-cü çap.

Buxari başqa rəvayətdə belə deyir:

“... Əbdür-Rəhman ibn Əbdül-Qari deyir: Ömərlə birlikdə Ramazan ayında məscidə getdim. Birdən insanların bəzilərinin dağınıq, pərakəndə halda və bəzilərinin də dəstə şəklində namaz qıldıqlarını gördük. Belə görürəm ki, bu namaz qılanları bir nəfərin arxasında cəmləsəm daha yaxşı olar. Sonra qərara aldı və insanları Ubey ibn Kəbin arxasında (camaat namazı üçün) topladı. Daha sonra başqa bir Ramazan gecəsi Ömərlə məscidə getdim və gördüm ki, insanlar öz imam-camaatları ilə birlikdə namaz qılırlar. Ömər dedi nə gözəl yenilikdir (bidətdir) bu?” Mənbə: həmin mənbə, Salətut-təravih, babu Fədli mən qamə Rəməzan, doktor Mustavafinin təhqiqi, naşir: daru ibni Kəsir, əl-Yəmamə, Beyrut, 3-cü çap.

Əlbəttə, bu barədə bir çox rəvayətlərə və əhli-sünnə alimlərinin bu barədə olan etiraflarına müraciət edə bilərdik. Amma, bir-iki rəvayət də bəs edər. Qoy şiənin Qədr gecələrində İslam Peyğəmbərinin (s) vaxtında olmayan ayinləri özlərindən uydurub hoqqabazlıqla məşğul olduqlarını iddia edənlər Ömərin bu bidəti barədə düşünsünlər. Gələn reportajlarını gedib Ömərin təravih namazından hazırlasınlar.


1929 بازدید
در حال ارسال اطلاعات...