Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyun 2017

NƏFSANİ İSTƏKLƏRİN HƏBSİ

Sizin tutduğunuz bir oruc nəfsani istəkləri zincirləyir.
Biz il boyunca, nəfsani meyllərlə, günahlarla, özümüzün öz əlimizlə meydana gətirdiyimiz qaranlıq mühitlə mübarizədə bir sıra problemlərlə qarşılaşırıq. Bəzən insan dua etmək üçün əhval-ruhiyyə tapa bilmir. Bəzən bir damla göz yaşı axıtmağa çətinlik çəkir. Çünki yol çətindir. Günahlarla, yanlış işlərimiz vasitəsi ilə əhatə olunuruq. Amma ramazan ayı keçiləsi asan bir zaman kəsiyidir. Bu ona bənzəyir ki, bəzən şəhər və ya digər məkana gedən çətin yolu keçmək üçün piyada getməyə, bəzən sudan keçməyə, bəzən batlaqdan keçməyə məcbur olursunuz. Sonda gedib hava limanına çatırsınız. Orada sizi tam hazırlıqlı təyyarə gözləyir. Uzun məsafə qət etdikdən sonra sizi rahatlıqla, baş ağrısız məqsədə çatdırır. Ramazan ayının başlanğıcı həmin hava limanına çatmaqdır. Allah ramazan ayında yolu açır. Ramazan ayında fəzanı boş qoyur, maneələri aradan qaldırır. Sizin tutduğunuz bir oruc nəfsani istəkləri zincirləyir. Bu ibadətlər, bu dualar, bu xüşular, bu zikrlər, bu Qədr gecəsi sizi kilometrlərlə irəli atan vasitələrdir. Hansı ki, bu yolu il uzunu digər aylarda bir metr-bir metr keçməli oluruq. Əgər ciddi olsaq, əgər öz üzərimizdə işləsək, fərsəxlərlə irəliləyəcəyik. Buna görə də siz Allah övliyalarının ramazan ayının gəlib çıxması münasibəti ilə sevinmələrinin ramazan ayından ayrı qaldıqda isə göz yaşı tökdüklərinin şahidi olursunuz.
İmam Səccad (ə) ramazan ayı ilə vida duasında – "Səhifeyi-Səccadiyyə"nin 45-ci duası – ramazan ayı ilə ayrılığa görə elə fəryad qoparır ki, dəfələrlə ramazan ayına salam göndərir. ("Səhifeyi-Səccadiyyə", səh. 198) Burada salam ramazan ayı ilə, bu əziz ayla, nurlu günlərlə, gecələrlə xudahafizləşmək mənasını ifadə edir. Ömrümüzün behiştə aid hissəsi, il uzunu keçirdiyimiz günlərin behiştə aid olan hissəsi ilə ramazan ayı ilə xudahafizləşmək.
Ramazan ayının məhsulu təqvadır. Özünə vaxt ayırmaq, özü ilə məşğul olmaq, özü üçün təqva tədarük etməkdir. “Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, müttəqi olasınız! (Allahdan qorxub pis əməllərdən çəkinəsiniz!)” ("Bəqərə", 21). Ramazan ayı bizdə təqva tədarükü yaradır. Bu təqva özü də yüksək pillələr üçün bir vasitə ola bilər. “Allahdan qorxun ki, nicat tapasınız!” ("Bəqərə", 189), “Allaha və peyğəmbərə itaət edin ki, bəlkə, bağışlanmış olasınız!” ("Ali-İmran", 132), “Allahdan qorxun! Allah (ehtiyacınız olan şeyləri) sizə öyrədir. Allah bütün işləri biləndir!” ("Bəqərə", 282). İlahi elm hidayət, rəhmət, təqva nəticəsində Allah tərəfindən insana bəxş edilir. Hamısından üstünü xilas olmaqdır. Nicat tapmaq, xilas olmaq təqva nəticəsində əldə olunur. Ramazan ayında əldə etdiyimiz bu təqva tədarükünü - əgər, inşaallah əldə etmişiksə, - əgər ilahi süfrə başına yubanmamışıqsa, ondan faydalana bilmişiksə, onu qorumalıyıq.
Bu, çox dəyərli məhsuldur. Bu, əkinçiyə bənzəyir. O, öz zəhmətini çəkir. Buğda məhsulunu biçir. Sonra onu anbara, əmin əllərə tapşırır ki, il boyu istifadə edə bilsin. Bu, bizim il uzunu ruzimizdir. Bu ruzi il boyunca hədələrlə qarşı-qarşıyadır. Vəsvəsələr var, bəzək-düzəklər var, nəfsani meyllər, ehtiraslar var, günahlar var. Bunlar hamısı həmin tədarük üçün təhlükəli bəlalardır. Bu tədarükdən o bəlalarla mübarizə üçün istifadə edin və bu tədarükü qoruyun.

Ayətullah Seyid Əli Xamenei


1753 بازدید
در حال ارسال اطلاعات...