Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyun 2017

XALQA XIDMƏT

Hər kəs mömin qardaşının bir istəyini yerinə yetirsə Allah-Taala Qiyamət günü həmin şəxsin yüz min istəyini yerinə yetirər
Qüdsi hədislərdə möminə ehtiram Allaha ehtiram, möminə hörmətsizlik Allaha hörmətsizlik hesab olunur. İslam Peyğəmbəri (s) Cəbrailin (ə) nəqlinə əsasən, Allahın belə buyurduğunu bildirir: “Mənim dostuma pislik edən şəxs açıq-aşkar Mənimlə döyüşə qalxmışdır.” (“Biharul-ənvar”, 67-16.)
Həzrət Peyğəmbər (s) buyurur: “Mömin qardaşının bir istəyini yerinə yetirən şəxs sanki ömür boyu Allaha bəndəliketmişdir.” (“Əmaliye-Tusi”, 481.)
İmam Sadiq (ə) buyurur: “Hər kəs mömin qardaşının bir istəyini yerinə yetirsə Allah-Taala Qiyamət günü həmin şəxsin yüz min istəyini yerinə yetirər ki, bu istəklərin birincisi Behiştdir.” (“Kafi”, 2-192.) “Elə ki, bir bəndə öz mömin qardaşının hacətini yerinə yetirmək üçün ayağa qalxdı, Allah onun üçün bir sağ, bir soldan iki mələk göndərər. Bu iki mələk bəndə üçün bağışlanma diləyər və onun istəklərinin qəbul olması üçün dua edərlər.” (“Vəsailuş-şiə”, 16-359.)
İmam Baqir (ə) buyurur: “Həzrət Peyğəmbərdən (s) soruşdular ki, Allah yanında ən məhbub əməl hansıdır? “Allah yanında ən məhbub əməl müsəlmanı sevindirməkdir”-deyə Həzrət buyurdu. Soruşdular ki, müsəlmanı necə sevindirmək olar? Həzrət (s) buyurdu: “Acı doyurmaq, qüssəsini aradan aparmaq, borcunu ödəmək.” (“Mizanul-hikmət”, 2-952.)
İmam Sadiq Allah-Taalanın belə buyurduğunu nəql edir:
“İnsanlar Mənim ailəm, süfrəmdən yeyənlərdir. Mənə onların ən əzizi, onlara mehriban olanlar və onların istəklərini yerinə yetirmək üçün çalışanlardır.” (“Kafi”, 2-199.)
Həzrət Əli (ə) Allaha xidmət üçün güc istədikdən sonra bu xidmət üçün qəlb möhkəmliyi tələb edir.


2360 بازدید
در حال ارسال اطلاعات...