Şrift ölçüsü:
A+
A
A-
Kr
31 May 2017

İBADƏTİN FƏLSƏFƏSİ

Çox insanlar var ki, gözəl və güclü bədənləri var, amma ruhları arıq, çirkin və gücsüzdür.
İnsanın cismi idmansız zəif, arıq və gücsüz olur. Kim olursunuz olun, nə qədər güclü, möhkəm olsanız da əgər idman etməsəniz, yeyib-içib yatsanız bədəniniz zəif olacaq. Buna şübhə yoxdur. Nə qədər ki, idman etmirsiniz, bədəniniz lazımi qədər inkişaf edə bilməyəcək. Onun bir sıra gözəllikləri də var ki, idman onları aşkara çıxaracaq. İdmansız olmaz. Sizin ruhunuz da eynilə bu cürdür. İdmansız, məşqsiz, riyazətsiz güclü olması mümkün deyil. Çox insanlar var ki, gözəl və güclü bədənləri var, amma ruhları arıq, çirkin və gücsüzdür. Bu, işə yaramır. Bütün ibadət buna görədir ki, biz idman edək, tərbiyə olunaq və irəliləyək. Əlbəttə, ibadətləri də tanımaq lazımdır. İbadətlərin yalnız cismi lazım deyil. İbadətin də cismi və ruhu var. Yalnız ibadətin cismi kifayət deyil. İnsan namaz qılsa, lakin namaz halında öz zikrinə diqqət etməsə, nə dediyini bilməsə, kiminlə danışdığını bilməsə, namazın sözlərini ümumilikdə qafilcəsinə desə bu namaz faydasızdır.
Əlbəttə, ərəb dilini bilməyən, bu cümlələrin mənasını başa düşməyən insanlar Allahla danışdıqlarını, onun qarşısında durduqlarını bilsələr kifayətdir. Bu da bir səmərədir. Amma çalışın namazın mənasını öyrənin. Namazın mənasını öyrənmək çox asan işdir. Bu, bir neçə cümlənin mənasını (tərcüməsini) çox tez öyrənə bilərsiniz. (Çalışın) Namazı mənasına diqqət yetirərək qılın. Yalnız bu namaz hər bir təqvalı insanı Allaha yaxınlaşdıran namaz ola bilər. ("Əl-Kafi fi əl-üsul", c. 3, səh. 265) Namaz insanı Allaha yaxınlaşdırandır. Amma təqvalı insanları yaxınlaşdırır.

Ayətullah Seyid Əli Xamenei


2123 بازدید
در حال ارسال اطلاعات...