Şrift ölçüsü:
A+
A
A-
Kr
31 May 2017

QURANDA TƏVAZÖKARLIQ HAQQINDA

Allah təkəbbürlüləri sevmir və bu sifətdə olanlar cəhənnəm əhlidirlər.
Qurani-Məcid bütün insanları Allah qarşısında təvazökarlıqa çağırmaqla bərabər, möminlər qarşısında da təvazökar olmağı tapşırır. Hətta mələklərdən üstün olan İslam Peyğəmbəri (s) də təvazökarlığa dəvət edilir.

«Hicr» surəsinin 88-ci ayəsində oxuyuruq: «Bütün möminlərə qarşı təvazökar ol». 

«Qəsəs» surəsinin 83-cü ayəsində oxuyuruq: «Biz axirət evini yer üzündə üstünlük və fəsad istəyində olmayanlar üçün qərar vermişik».

Qurani-Kərimdə açıq-aşkar bəyan olunur ki, Allah təkəbbürlüləri sevmir və bu sifətdə olanlar cəhənnəm əhlidirlər. 

«Nəhl» surəsinin 23-cü ayəsində buyurulur: «Şübhəsiz ki, Allah təkəbbürlüləri sevmir». 

«Zumər» surəsinin 60-cı ayəsində isə belə bəyan olunur: «Məgər təkəbbürlülər üçün cəhənnəmdə yer yoxdurmu?»


2352 بازدید
در حال ارسال اطلاعات...