Şrift ölçüsü:
A+
A
A-
Kr
28 May 2017

MÜBARƏK RAMAZAN AYINDA SƏFƏR HÖKMLƏRİ

Səfər başlamamış, tərəxxüs həddini aşmadan orucu pozan iş görməyə haqqınız yoxdur.
Səkkiz fərsəx məsafə qət etmək insanın namazının səfərdə qəsr (4 rəkətli 2 rəkət) olmasına səbəb olur. Əlbəttə, istər bu səkkiz fərsəxlik məsafə birbaşa qət edilsin, - yəni, təqribən 44 və ya 45 km – istərsə də gedib-gəlmək birlikdə səkkiz fərsəx olsun. Yəni dörd fərsəx gedin və həmin yolu və ya onun qədər yolu qayıdın. Bunu hamı bilir ki, əgər ramazan ayında kimsə səfərə çıxarsa, - özünəməxsus şəraitdə - və bu qədər məsafəni qət edərsə, ona oruc vacib deyil. Yəni şiə məzhəbinə görə, səfərdə oruc tutmaq haramdır. Əlbəttə, əhli-sünnə də səfərdə oruc tutmağı vacib hesab etmir. Amma haram olduğunu da bildirmir. Onlar deyirlər ki, insan səfərdə oruc tuta bilər. Şiə alimlərinin fikrincə isə səfər halında oruc tutmaq icazəli deyil.
Əgər bu səfər həyata keçərsə, belədir. Onun özünəməxsus şərtləri var ki, risalələrdə geniş şəkildə şərh edilib. Şərtlərdən biri budur ki, səfərin gerçəkləşməsi üçün insan “tərəxxüs” həddini keçməlidir. Misal üçün, fərz edin ki, siz məskunlaşdığınız şəhərdən və ya müvəqqəti (on gündən çox) qalmaq istədiyiniz şəhərdən ramazan ayında, gündüz səfərə çıxmaq istəyirsiniz. Nə qədər ki, tərəxxüs həddini keçməmisiniz, əgər namaz qılsanız, qəsr qılmaq haqqınız yoxdur, orucunuzu poza bilməzsiniz. Tərəxxüs həddini keçdikdə səfər hökmləri qüvvəyə minəcək. “Həddi-tərəxxüs” budur ki, siz şəhər divarları və ya şəhərin qaraltısı görünməyəcək bir yerə çatasınız.
Bəziləri ramazan ayında gündüz səfərə çıxmaq istədikdə, misal üçün, sübh saat səkkizdə səfərə çıxacaqlarını qərara aldıqda, səfərdən sonra oruclarının pozulacağını bildikləri üçün hələ səfərə çıxmazdan öncə oruc hökmlərinə riayət etmirlər. Sübh oturub yemək yeyirlər. Hələ səfərə çıxmazdan, ya həddi-tərəxxüsü keçməzdən öncə səfər vəziyyətini yaradırlar. Bu, düzgün deyil. Səfərə çıxmaq istədiyiniz gün, sübh azanından sonra hələ orucsunuz. Səfər başlamamış, tərəxxüs həddini aşmadan orucu pozan iş görməyə haqqınız yoxdur.


Ayətullah Seyid Əli Xamenei


2294 بازدید
در حال ارسال اطلاعات...