Şrift ölçüsü:
A+
A
A-
Kr
21 May 2017

Vilayət risalətin batini və sirridir

Əlinin (ə) vilayəti olmadan risalət naqisdir
Mötəbər rəvayətlərə və möhkəm dəlillərə əsasən Əli (ə) həzrət Məhəmmədin (s) sirri və batinidir. Vilayəti risalətin batini və sirri qərar verməsi Allahın istəyidir. Harada Məhəmməd (s) hüzur edirsə, həmin batin və sirr onunla olur. Demək, Əlinin (ə) vilayəti olmadan risalət naqisdir. Qurani-kərimdə buyurulur: “Ey peyğəmbər! Rəbbin tərəfindən sənə nazil olanı bəyan et. Əgər bəyan etməsən, Allahın risalətini yerinə yetirməmisən. Allah səni insanlardan qoruyar. Şübhəsiz, Allah kafir qövmü hidayət etməz.” (“Maidə”, 67)

Əli ibn Əbu Talibin (ə) müqəddəs vücudu vilayət mərtəbəsində haqqın izni ilə varıq aləminə təsir göstərir, hazır və qeybi nümayiş etdirir. Varlıq aləmində həzrətin nuru nəzərə alınmadan heç bir iş görülmür. Demək, həzrət Əlinin (ə) məhəbbəti və vilayətinin qəbulu olmadan insan peyğəmbər məhəbbəti və Allah sevgisinə yetişə bilməz. Çünki Allahın vəlisi onun üçün bir qapıdır. Məhəmməd (s) və Əli (ə) nuru varlığın başlanğıcı və davamıdır. Hədisdə deyilir: “Allah sizinlə başladı, sizinlə sona çatdırar. İnsanların qayıdışı da sizə doğrudur.” (“Üyuni əxbarur-Riza”, 2-272)

Üfüqlərə nəzər saldığım zaman
Əlinin varlığı oldu nümayan.
Bu sözlər küfürdən uzaqdır, uzaq,
Əliylə başlanıb bitir hər varaq.

(Mövlana Rumi.)


2390 بازدید
در حال ارسال اطلاعات...