Şrift ölçüsü:
A+
A
A-
Kr
17 May 2017

QURAN

Fitnələr qaranlıq gecə tək sizə çətinlik yaratdığı vaxt Qurana üz tutun
Allah-Taala müxtəlif ayələrdə Quranı «zikr» adlandırır: «Şübhəsiz ki, zikri (Quranı) Biz nazil etdik və Biz də onu hifz edəcəyik». («Hicr» surəsi, ayə 9.) Qurani-Kərim öz maarif, əhkam və göstərişləri vasitəsi ilə insanın dünya və axirət səadətini təmin edir. Quran həyat kitabıdır və insanın hidayət nöqteyi-nəzərindən ehtiyaclı olduğu bütün məsələlər bu İlahi Kitabda işıqlandırılmışdır. Quran insanı ən etibarlı yola yönəldir və İlahi ayələrə əməl edənləri böyük mükafatla müjdələyir. Qurana dərin diqqət, onun ayələri haqqında düşüncə cəhalət xəstəliyinin dərmanıdır.
Quranın göstərişlərinə əsasən, yaxşıya əməl edib, pisdən çəkinmək Allaha yaxınlığın səbəbidir. Qurana əməl edən insan gözəlliklərlə bəzənir, çirkinliklərdən paklanır. Keçmişə aid biliklər və gələcəyə aid xəbərdarlıqlar dərdlərin dərmanı və ictimai nizamın əsasıdır. Həzrət Peyğəmbər (s) Quran vasitəsi ilə ən alçaq kütləni ən üstün cəmiyyət məqamına qaldırdı. Cahil ərəb və azğın əcəm cəhənnəmdən qurtulub əbədi səadətə üz tutdu.
İslam Peyğəmbəri (s) buyurur: «Fitnələr qaranlıq gecə tək sizə çətinlik yaratdığı vaxt Qurana üz tutun. Çünki Quran, şəfaəti qəbul olunan şəfaətçidir. Şikayəti qəbul olunan şikayətçi də Qurandır. Quran onu özünə rəhbər tutanı behiştə ona arxa çevirəni cəhənnəmə aparar». («Kafi», 2-ci cild, səh-598.) İmam Səccad (ə) buyurur: «Şərq və qərb arasında olan bütün insanlar ölərlərsə Quran mənimlə olsa (tənhalıqdan) qorxmaram».
9«Kafi», 2-ci cild, səh-602.) Bəli, tövhid ayələri vücuduna hopmuş, Allahı bəsirət gözü ilə müşahidə etmiş, əzəli və əbədi məhbubu ilə ünsiyyət bağlamış, əxlaq ayələri daxilini işıqlandırmış İmam Səccad (ə) üçün tənhalığın nə qorxusu?! O Həzrət (ə) buyurur: «Quran ayələrində xəzinələr var. Bu xəzinələr açıldığı zaman orada olanları düşüncə ilə nəzərdən keçirmək yaxşıdır». («Kafi», 2-ci cild, səh-609.)
Quran ayələrini düşünən, bu ayələrin ilahi mənalarını anlayan və əməl edən, zahirini və batinini Quranla tənzimləyən, məbuduna doğru hərəkət edən insan qəlb gözü ilə Onun camalının tamaşasından doymur.


Bəsirət gözündə olarsa işıq
Haqqın camalını bilər yaraşıq.
Taleh gülsə sənə salsa bir nəzər
Bu nəzər saralmış ömrünü bəzər.

Ondan gözlərini qaçırsan əgər
Labüddür olasan bir dəli kafər.
Onun qəzəbindən bal zəhər dadar,
Rəhmiylə hənzəl də şirinlik tapar. (Hənzəl-acı meyvə)

Bu odlu sinədən ucala fəryad
O qadir məbuddan istəyə imdad.
İnan ki, sübh səhər edilən dua
Sözsüz ki, tezliklə qılacaq dəva.

Qəflət bəlasından qurtula bilməz
Həqiqət haqqında düşünməyən kəs.
Qəflət bir bəladır tiyəsi qanlı,
Xilas olar yalnız doğru imanlı.


2389 بازدید
در حال ارسال اطلاعات...