Şrift ölçüsü:
A+
A
A-
Kr
11 May 2017

Əsədullah ləqəbi imam Əliyə (ə) kim tərəfindən verilmişdir?

Ey müsəlmanlar! Bu mənim qardaşım, əmim oğlu və kürəkənimdir
Əsədullah, imam Əlinin (ə) məşhur ləqəblərindən biridir və Allahın şiri mənasınadır. Bu ləqəb həzrətə Peyğəmbər (s) tərəfindən verilmişdir.
Həzrət Rəsuli-əkrəmdən (s) soruşdular: - Ən zahid insan kimdir?
Həzrət buyurdu: - (Ən zahid insan) Mənim vəsim, əmim oğlu, qardaşım, ən şücaətli himayəçim (Heydər), düşmənə ən şücaətli hücum edən (Kərrar), qılıncım, şirim və Allahın şiri (Əsədullah) Əlidir.
Peyğəmbərin (s) bu hədisindən sonra başqaları da imam Əlini (ə) “Əsədullah” adlandırdılar. Allahın şiri dedikdə onun kinayə mənası, yəni şücaətli insan nəzərdə tutulur. (1)
Başqa bir rəvayətdə Ənəs ibn Malik deyir:
Allahın elçisi (s) minbərə qalxdı və nitq söylədi. Sonra buyurdu: - Əbu Talibin oğlu Əli haradadır?
Əli (ə), Peyğəmbərə tərəf gedərək dedi: - Mən burdayam, ya Rəsuləllah!
Peyğəmbər (s) onu sinəsinə yapışdırdı, iki gözünün arasında öpdü və uca səslə buyurdu: - Ey müsəlmanlar! Bu mənim qardaşım, əmim oğlu və kürəkənimdir. Bu mənim ətim, qanım və tükümdür. Bu mənim iki nəvəm cənnət cavanlarının sərvərləri Həsən və Hüseynin atasıdır. Bu mənim qəmlərimi açandır. Bu Allahın yer üzündən düşmənlərinə qarşı şiri (Əsədullah) və qılıncıdır. Bütün lənət edənlərin lənəti onun (Əlinin) düşmənlərinə olsun. Allah onun düşmənləri ilə düşməndir və mən də onun düşmənləri ilə düşmənəm. (2)

Qaynaqlar:
1. “Biharul-ənvar”, c. 35, səh. 84. “Biharul-ənvar”, c. 34, səh. 267. “Biharul-ənvar”, c. 29, səh. 57.
2. “Zəxairul-üqba”, səh. 92.

Hazırladı: Seyid Zahir


2095 بازدید
در حال ارسال اطلاعات...