Şrift ölçüsü:
A+
A
A-
Kr
02 May 2017

Həzrət Əbəlfəzlə (ə) təvəssül edin

Bir gün namaz vaxtı ürəyim kövrəldi, həzrətə belə dedim: Mövlacan!
Nəcəfül-əşrəfdən müqəddəs Qum şəhərinə gəlmiş alimlərdən biri mənə belə danışırdı:
Mənim bir müşkülüm var idi. Onun həll olması üçün Cəmkəran məscidinə getdim və ürəyimi həzrət İmam Zamana (əc) açdım, ondan istədim ki, Allahdan mənim müşkülümün həll olmasını istəsin.
Bu məqsədlə dəfələrlə Cəmkəran məscidinə getdim, ancaq heç bir nəticə görmədim.
Bir gün namaz vaxtı ürəyim kövrəldi, həzrətə belə dedim: Mövlacan! Bu rəvadırmı ki, mən sənin hüzurunda, sənin mənzilində olam, amma başqalarına təvəssül edəm?! Mənim İmam Zamanım sən olduğun halda bir başqasından xahiş etməyim pis çıxmazmı? Sənin hüzurunda olduğum bir halda mən Kərbəla ələmdarı Qəməri Bəni Haşimə (ə) təvəssül edim və Allahın yanında onu şəfaətçi qərar verimmi?!
Sonra çox təsirləndim və bu təsirdən yuxu və oyaqlıq vəziyyətinə düşdüm. Birdən həzrət Höccət ibnul-Həsənil-Əskəri Sahibəz-zəmanın nurani simasını gördüm. Dərhal həzrətə salam verdim. İmam məhəbbət və kəramətlə mənim salamımın cavabını verdi və buyurdu: Həzrət Əbəlfəzlə (ə) təvəssül etmək pis deyil, əksinə çox rəvadır və mən bundan əsla narahat olmaram, üstəlik, o həzrətə təvəssül edərkən nə demək lazım olduğunu sizə öyrədirəm. Hər vaxt həzrət Əbəlfəzlə (ə) təvəssül etsəniz, belə deyin:
Ya Əbəl-ğəvs ədrikni

Qaynaq: “Məscidi Cəmkəran miadqahi didar”. Əhvalat həzrət Ayətullah əl-üzma Mərəşi Nəcəfidən (rh) nəql olunmuşdur.

Hazırladı: Seyid Zahir


2438 بازدید
در حال ارسال اطلاعات...