Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Aprel 2017

Əhli-beyt (ə) Quran mislidir

Həqiqətən, Allah-təala bizi hər bir çirkinlikdən paka çıxardı, məsum qərar verdi, xalqa şahid tutdu, yer üzündə öz höccəti seçdi...
İnsanlar Quranı anlamağa və onun ayələrinə əməl etməyə vəzifəli olduqları kimi, Əhli-beyt (ə) qarşısında da vəzifəlidirlər. Çünki İslam peyğəmbəri Əhli-beyti (ə) Quranla yanaşı əmanət tapşırır. Peyğəmbərin (s) buyuruğunca, Əhli-beyt (ə) insanların hidayətində və günahdan uzaqlığında Quran kimi təsirlidir.
Hədisdə oxuyuruq: İslam peyğəmbəri (s) sonradan ölümlə sonuclanası xəstəlik zamanı Əmirəl-möminin (ə) və İbn Abbasın köməyi ilə ayağa qalxıb evdən çıxdı və Mədinə məscidində xurma ağacından olan sütuna söykənərək xalqa müraciətlə buyurdu: “Ey insanlar! Hansı peyğəmbər dünyadan getdisə, bir yadigar qoydu. Mən də Allah kitabı və Əhli-beytimdən (ə) ibarət Səqəleyni yadigar qoyuram. Bilin ki, bu iki əmanəti puça çıxaranı Allah puça çıxarar.” (“Ehticac”, 1, 70; “Biharul-ənvar”, 28-175, bab 4, hədis 1)
Əmirəlmöminin (ə) buyurur: “Həqiqətən, Allah-təala bizi hər bir çirkinlikdən paka çıxardı, məsum qərar verdi, xalqa şahid tutdu, yer üzündə öz höccəti seçdi, bizi Quranla, Quranı bizimlə yanaşı qoydu. Biz heç vaxt ondan ayrılmarıq, o da heç vaxt bizdən ayrılası deyil.” (“Kafi”, 1-191)
Əhli-beyt (ə) gizli Quran, Quran məfhumlarının daşıyıcısı, bu kitabın zahir və batinindən tam xəbərdar kəslərdir. Əhli-beyt (ə) heç şübhəsiz, Quranın eynən nümunəsi, əməli bir fürqan, ilahi kitabın kamil cilvəsidir. Demək, insanlar, xüsusi ilə müsəlmanlar Quran qarşısında məsul olduqları kimi Əhli-beyt (ə) qarşısında da məsuldurlar.
Peyğəmbər ümmətinin onun vəsiyyətinə, Quran və Əhli-beytə (ə) münasibətdə rəftarı ayrı bir məsələdir. Olsun ki, İbn Zərin imam Məhəmməd Baqirə (ə) cavabı bu nöqtəni aydınlaşdıra: “Bir gün imam Məhəmməd Baqir (ə) İbn Zərə xitabən buyurdu: “Bizimlə sənə çatmış hədislərimiz haqqında danışarsanmı?” İbn Zər dedi: “Bəli, ey Allah rəsulunun oğlu! Həzrət Peyğəmbər (s) buyurdu: “Mən sizin aranızda iki əmanət qoyuram. Onlardan biri o birindən böyükdür: Allahın kitabı və Əhli-beytim (ə). Əgər bu iki şeydən möhkəm yapışsanız heç vaxt yolunuzu azmasınız.” İmam Baqir (ə) buyurdu: “Ey İbn Zər! Əgər Allahın rəsulunu görsən və o səndən soruşsa ki, məndən sonra bu əmanətlərlə necə davrandınız, ona nə cavab verərsən?” İbn Zər hönkürtü vurub ağlayaraq dedi: “Böyüyünü tikə-tikə doğradıq, kiçiyini öldürdük.” (“Ricali-kəşiyy”, 219)
Əhli-beyt (ə) Quranın mislidir. Quranda olan sifətlər Əhli-beytdə də var. Quran da, Əhli-beyt (ə) də həm elmdir, həm nurdur, həm mizandır, həm pakdır, həm hidayətçidir, həm də məhşərdə şəfaətçidir.


2080 بازدید
در حال ارسال اطلاعات...