Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Aprel 2017

Əliyevlər üçün erməni, rus, fars fərq eləmir, əsas əyilən başı olsun

Bu gün Erikin əydiyi başı, sabah vicdan məhubsları, ruhani məhbuslar əysə onlar da azadlığa çıxıb "Müsavat" kimi YAP-ın sifarişiylə yazılan qəzetlərə manşet olarlar
Erik Xaçaturovun Bakıya gəlişini iqtidar əlaltısı olan qəzetlər yaman tirajlayır. 30 il sonra doğulduğu Bakıya gəlib, şəhidləri ziyarət edib, keçirdiyi hisləri bölüşüb hətta paxıl erməniləri də yaddan çıxarmayıb. Erikin gəlişi yadıma Əkrəm Əylislini saldı. Kişi o ahıl yaşında "Daş yuxuları" kitabını yazıb, kariyerasının, şöhrətinin, ad-sanının başına yekə bir daş saldı. Bu daş, onun yuxusuna belə girməzdi. Əliyevlər hakimiyyəti isə Əkrəm Əylislinin bu işindən vətəndən daha çox öz xeyrinə istifadə elədi. Çünki Əliyevlər üçün erməni, fars, rus fərq eləmir, əsas odur əyilən başı olsun. Bəli, Xaçaturov Heydər Əliyevin heykəli önündə baş əydi. Əkrəm Əylisli isə Heydər Əliyev rejiminə baş qaldırmış, prezident seçkisi ərəfəsində İlham Əliyev əleyhinə Rüstəm İbrahimbəyovun ətrafında toplaşan ziyalılardan biri idi. İndi-indi bir daha məlum olur ki, Əkrəm Əylisli işindən Əliyevlər yaxşı istifadə edib ziyalıları gözdən salmaq istədi. Bir dəstə özü yetişdirdiyi gəncliyi də küçələrə töküb Əylislinin yazdığı kitabların "od vurub yandırmaq" mərasimi təşkil etdi. İndi hanı o gənclik, niyə küçələrə çıxıb Erikin gəlişinə və onu qarşılayıb təhlükəsizliyini qoruyan rejimə etiraz eləmir. Ola bilər kimsə desin ki, Erik işğalpərəst deyil, Azərbaycanın ərazibütövlüyünü tanıyır, sülh məqsədlərdən ötrü Bakıdadır, özü də Bakıda doğulub. Doğulmağa qalsa Ermənistan prezidenti Serj Bakıda böyüyüb, təhsil alıb. Sülh məqsədlərə gəldikdə isə şəxsən başımla cavabdehəm ki, Əliyevlər nə Qarabağı, nə sülhü, nə də müharibəni düşünən deyil. Çünki bu həmin rejimdir ki, Azərbaycan xalqına "qoyun" deyən sərsəm Jrinovskinin ölkəmizə gəlməsinə icazə vermişdi. Ondan sonra Soso Azərbaycanın işğal olunmuş ərazilərində konsert verib Azərbaycan XİN-in qara siyahisinə düşmüşdü. Güya Azərbaycana buraxılmayacaq, amma buraxıldı, hələ bir onun üçün konsert də təşkil etdilər.
Əkrəm Əylisli məsələsinə gəldikdə isə, o kişi də elə Erikə oxşar bir hərəkət eləmişdi. Erik deyir 30 ildən sonra doğma Bakıdayam. Əkrəm də deyirdi mən erməni kilsələri üçün darıxmışam, uşaqlığım orda keçib və s. Necə olur ki, Erikə növbə çatanda onun hisslərinə YAP yer verir, hörmətlə yanaşır, amma onun əleyhinə baş qaldıran insanlara "vətən xayini" adı verib damğalayır? Burada Əkrəm Əylisliyə haqq qazandırmaq fikrimiz yoxdur, amma unutmayaq ki, YAP hakimiyyəti vətənimizə, xalqımıza, sərvətimizə Əkrəm Əylislidən az ziyan vurmayıb, ondan az bu xalqı alçaltmayıb.
Əliyevlər üçün əsas baş əyməkdir. Bu gün Erikin əydiyi başı, sabah vicdan məhubsları, ruhani məhbuslar əysə onlar da azadlığa çıxıb "Müsavat" kimi YAP-ın sifarişiylə yazılan qəzetlərə manşet olarlar. Çünki Əliyevlər hakimiyyəti öz mərd oğullarını haqq dedikləri üçün zindana salıb, erməniləri – Heydər Əliyevin heykəlinə baş əyməyə razı olduqları üçün – Azərbaycana gətirib canla-başla qarşılayacaq qədər zalım, amansız hakimiyyətdir.
Bu gün Ermənistanda mitinqlər bir-birini əvəz edir, Azərbaycan hakimiyyəti də bundan ötrü şaddır. Amma bu yerdə bu rejim utanıb-qızarıb özündən soruşmalıdır. Ermənistanda bu qədər insanın küçələrə tökülüb mitinqlər, aksiyalar keçirdiyi ölkənin hakimiyyəti Əliyevlərə nisbətdə demokratik hakimiyyət kimi görünmürmü? Bəs Azərbaycanda xalqın 70 faizi hakimiyyətə nifrət etdiyi halda nə üçün onlar mitinqlərdə, aksiyalarda iştirak etmir? Deməli, Azərbaycanda demokratiyadan danışmağa dəyməz. Bu ölkədəYAP-ın qurucusu, atası olan Heydər Əliyevin heykəllərinə baş əyən hansısa erməni belə - YAP-ın nəzərində - haqsızlıqları ifşa edən təmiz ruhanilərdən üstündür.


1756 بازدید
در حال ارسال اطلاعات...