Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Aprel 2017

MÖMİN VƏ İLAHİ NEMƏTLƏR

Əslində dünya həyatında çətinliklər labüddür
İmam Sadiqin (ə) nəsihətlərindən

Araşdırma aparıb doğru hədəfi tanıyan və düzgün əməl edən insan hansısa dünya və axirət nemətindən məhrum ola bilərmi? Allah-təala kainatı insanın təkamülə çatması və əbədi səadətə nail olması üçün yaratdığından doğru yol yolçusunun ilahi nemətlərindən məhrum edilməsi məntiqsiz olardı. Hətta azğın insanlar bu nemətlərdən faydalandığı halda, mömin şəxs nə üçün məhrum olmalıdır?! Allah-təala mömin üçün faydalı olan bütün nemətləri ona əta edir. «Hədid» surəsinin 21-ci ayəsində buyurulur: «Göylər və yer qədər geniş olan behiştə nail olmaq üçün çalışın!». Bitib-tükənməz behişt nemətləri dünya nemətlərindən tamamilə fərqlənir. Bu nemətlərdən istifadə edən doyub çəkinməz. Orada nə yorğunluq, nə zəiflik, nə də ağrı-acı olar. Doğru yolu tanıyıb onunla son məqsədə çatanlar üçün axirətdə heç bir çətinlik yoxdur. «Zuxruf» surəsinin 71-ci ayəsində buyurulur: «Orada onların ürəkləri istəyən və gözlərini oxşayan hər şey olacaqdır». Əlbəttə ki, bu nemətləri təsəvvür etmək çətindir. Amma dünya nemətləri, hətta halal olduqda belə məhdudiyyətlərə məhkumdur. İnsan bu nemətlərdən istifadə edərkən həddi gözləməsə fəsadlarla üzləşər. Allah istədiyi bəndələrə dünya nemətlərini məhdud verir ki, insan bu nemətlərin əsarətinə düşüb axirət səadətinin təminatçısı olan imandan məhrum olmasın. Elə bu səbəbdən də bəzi layiqli bəndələr dünya çətinlikləri ilə üzləşirlər.
Əslində dünya həyatında çətinliklər labüddür. Əgər dünya nemətlərinin çoxluğu insanı kamilləşməsi üçün faydalı olsaydı Allah öz layiqli bəndələrini bu nemətlərə qərq edərdi. Layiqli bəndələr Allaha təvəkkül edərək adətən belə dua edirlər: «Ey Rəbbimiz, bizə faydalı bildiklərini nəsib et». Beləcə, Allah öz istəkli bəndələrinə yalnız faydalı nemətlər əta edir. Əgər bir mömin üçün dünya çətinlikləri yaranırsa bu işdə məqsəd onun axirət məqamını yüksəltməkdir.
Bəs bu insanlar kimdir? Yaranış məqsədini anlayanlar, yoxsa həqiqi məqsədə doğru hərəkət edənlər? Bu insanlar yəhudi, məsihi, yoxsa buddistdirlər?
Bizim əqidəmizə görə yeganə doğru yol İslamdır. Axirət səadətini yalnız müsəlman anlaya bilər. İnsanın həqiqi itkisi Allaha yaxınlıqda axtarılmalıdır. Müsəlmanın həqiqi istəyi Allahdır. Allaha çatmaq üçün yeganə yol İslam göstərişlərinə əməl etməkdir. Bir müsəlmanın İslam göstərişlərindən xəbərsiz qalması qeyri-mümkündür. Demək, məqsədi tanıyan az-çox doğru yolu da tanıyır. Dünya və axirət nemətlərinə çatmaq belə bir şəxsin haqqıdır.


2502 بازدید
در حال ارسال اطلاعات...