Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Aprel 2017

Rəvayətlərdə Əhli-beyti (ə) tanımağın zərurliyi

Allahı tanıdıqdan sonra namaza bərabər bir əməl yoxdur.
Məntiq elmində “Müərrif” bəhsində məntiq əhli yekdil olaraq deyir: Həqiqəti tanıtdıran şəxs (müərrif) haqq mənbəyə (müərrəfə) bağlı olmalıdır ki, həqiqəti açıqlaya bilsin.
Əhli-beytin (ə) imaməti sübuta yetdikdən sonra bilməliyik ki, varlıq aləmində Allah-təaladan sonra Əhli-beytdən (ə) başqa həqiqəti tanıtdıracaq ikinci etibarlı qaynaq yoxdur. Əhli-beytin (ə) özünü tanımaq üçün də onların özünə müraciət etməkdən başqa çarəmiz yoxdur. Çünki onları kimsə lazımınca tanımaq gücündə deyil. Bütün təriflər naqisdir və Əhli-beyti (ə) müstəqil şəkildə tanımaq mümkünsüzdür.
Öncə deyilənlərdən aydın oldu ki, Əhli-beyti (ə) tanımaq zəruridir və bu tanışlıq qurtuluş, Allaha yaxınlıq səbəbidir. Əhli-beti (ə) tanımadan həqiqi İslamı tanımaq, qurtuluş yolunu müəyyənləşdirmək mümkünsüzdür. Məsələ ciddi olduğundan daha bir neçə rəvayəti yada salaq.
Əmirəlmöminin (ə) buyurur: “İnsanların ən xoşbəxti o kəsdir, bizim üstünlüklərimizi bilsin, bizim vasitəmizlə Allaha yaxınlıq sorağında olsun, bizə məhəbbətini xalisləşdirsin. Xoşbəxtlik axtaran bizim dediklərimizə əməl etməli, qadağalarımızdan çəkinməlidir. Belə bir şəxs bizdəndir və əbədi behiştdə bizimlə olacaq.” (“Ğurərul-hikəm”, 115)
Zərə deyir: İmam Sadiqdən (ə) soruşdum ki, Allaha mərifətdən sonra ən üstün əməl nədir? Həzrət buyurdu: “Allahı tanıdıqdan sonra namaza bərabər bir əməl yoxdur. Namazdan sonra ən üstün əməl zəkatdır. Bu əməllərdən sonra isə ən üstünü oruc tutmaqdır. Sadalanan əməllərdən sonra Həccə bərabər olan əməl yoxdur. Bütün bunların başlanğıcı və sonu bizi tanımaqdır.” (Tusi, “Əl-əmali”, 694.)
Bəli, namazı, zəkatı, orucu, həcci və doğru yolu Əhli-beytdən (ə) öyrənməliyik. Çünki Quran onların evində nazil olmuşdur və onlar peyğəmbərin elminə varis olanlardır. Bu bilikləri onları, onların maarifini, göstərişlərini və hökmlərini tanımadan əldə etmək mümkünsüzdür.
Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Allah kimə Əhli-beytimə (ə) mərifət və onların vilayətini əta etmişsə, şübhəsiz, bütün xeyirləri vermişdir.” (“Bəşarətul-Müstəfa”, 176; Səduq, “Əl-əmali”, 474.)
Əbu Bəsir nəql edir ki, imam Sadiq (ə) “Bəqərə” surəsinin 269-cu ayəsi haqqında buyurmuşdur: “Kimə hikmət verilmişsə, şübhəsiz, ona böyük xeyir verilmişdir...” Rəvayət olunur ki, imam buyurur: “(Hikmət verilən şəxsə, şübhəsiz, böyük xeyir verilmişdir və bu xeyir) Allaha itaət və imamı tanımaqdır.” (“Kafi”, 1-185, “Mərifətul-imam” babı, hədis 11; “Əl məhasin”, 1-48, bab 19, hədis 60; “Biharul-ənvar”, 1-215, bab 6, hədis 22)


2104 بازدید
در حال ارسال اطلاعات...