Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Aprel 2017

Mehriyyəmi sənə bağışlayıram, mənə icazə ver müsəlman olum

Mən müsəlmanam, ancaq yəhudi bir şəxsin qulamıyam. Azad olmaq istəyirəm.
İmam Hüseyn (ə) səfərə çıxmışdı. Həzrət gördü ki, bir qulam süfrə açmışdır və özünün bütün yeməyini sahibsiz bir itə yedirdir. Onun hərəkəti İmamın (ə) diqqətini cəlb etdi. Həzrət qulama yaxınlaşıb buyurdu: - Sənin yemək üçün başqa xörəyin varmı?
Qulam dedi: - Xeyr.
Həzrət buyurdu: - Bəs, nə üçün yeməyinin hamısını itə verdin?
Qulam dedi: - İtin ac olduğunu gördüm və dözə bilmədim. Özüm də qüssəliyəm. Fikirləşdim ki, bu itin ürəyini ələ alsam, bəlkə Allah da mənə rəhm edər.
İmam Hüseyn (ə) qulamdan qüssəli olmasının səbəbini soruşdu. Qulam dedi: - Mən müsəlmanam, ancaq yəhudi bir şəxsin qulamıyam. Azad olmaq istəyirəm.
Həzrət bunu eşidəndə səfərdən geri döndü. İki yüz dinar götürüb yəhudinin evinə getdi və buyurdu: - Qulamını mənə sat.
Yəhudi İmam Hüseyni (ə) tanıyırdı. Ona görə də dedi: - Mənim evimə gəldiyin üçün qulamı sənə bağışladım.
Yəhudi pulu da almayıb qulamı həzrətə bağışladı. İmam (ə) qulamı çağırıb buyurdu: - Mən də səni Allah yolunda azad etdim. Bu iki yüz dinar da sənin olsun.
Bu hərəkətdən heyrətə gələn yəhudi dedi: - Mən də bağımı ona bağışladım.
Hadisəni izləyən yəhudinin arvadı tez evdən çölə çıxıb ərinə dedi: - Mehriyyəmi sənə bağışlayıram, ancaq mənə icazə ver müsəlman olum.
Yəhudi hərəkət qafiləsindən geri qaldığını görüb, o da müsəlman oldu. Sonra ailə hamılıqla müsəlman oldu. Beləliklə, bir sahibsiz itin ürəyini ələ alınmasına görə bir ailə hamılıqla müsəlman oldu.
Bəzən insan bir tikə vasitəsilə yol gedir, yüksəlir. Allaha tərəf hərəkət nə qədər asan və gözəldir!
Bəzən çox kiçik bir əməllə böyük səmərələr qazanırıq. Ona görə deyirlər ki, fürsətləri qənimət bil. Hər bir fürsət və hər an, bir ovdur.

Qaynaq: Ustad Füruğinin çıxışından


2227 بازدید
در حال ارسال اطلاعات...