Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Aprel 2017

Rəcəb ayının 25-i İmam Musa Kazımın(ə) şəhadəti günüdür

Museyi-Kazim (əleyhissəlam) atasının elm və biliyini irs aparmış, atasının fəzilət və kamalına malik olmuşdur
İmam Kazim əleyhissəlamın həyatı barədə qısa məlumat

Ləqəbləri: Kazim, Zahir, Vəfiyy, Əmin, Zeynül-Müctehidin, Ənnəfsüz-Zəkiyyə, Əbdisaleh, Siqə, Təyyib, Səyyid, Məmun.
Künyəsi: Əbül-Həsən Sani.
Atası: Cəfər Sadiq (əleyhissalam).
Anası: Həmidə.
Doğulduğu gün: 7 Səfər.
Doğulduğu yer: Əbva (Məkkə və Mədinə arasında).
Doğulduğu il: 128-ci hicri ili.
Şəhid olduğu gün: 25 Rəcəb, cümə günü.
Şəhid olduğu il: 183-cü hicri ili.
Ömrü: 55 il.
Şəhadət səbəbi: Harunər-Rəşid zindanda onu zəhərləmişdir.
Dəfn olunduğu yer: Kazimeyn şəhəri.
Üzüyünün yazısı: “Kun məəllahi hərzən” (Allah ilə birlikdə möhkəm ol).

Cəfəri məktəbinin hamisi

O dövrün vəziyyətinə nəzər saldıqda məlum olur ki, Mənsur hökumətinin əvvəlcədən üzərində nəzarəti olan hər hansı bir qəti iş və proqramı həyata keçirmək məsləhət olmamışdır. Buna görə də, İmam Kazim (əleyhissəlam) atasının tutduğu elmi yolu davam etdirərək böyük elm ocağı (lakin İmam Sadiq əleyhissəlamın təşkil etdiyi elm ocağından kiçik) yaradıb tanınmış elmli və fəzilətli şəxsiyyətləri yetişdirməyə başlayır.
Seyyid ibn Tavus yazır: “İmam Kazim əleyhissəlamın xüsusi dostlarından böyük bir qismi və həmçinin, Bəni-Haşim qəbiləsinin böyük şəxsiyyətləri o Həzrətin ətrafına yığışaraq onun dürəfşan kəlamlarını, suallara verdiyi cavabları və irəli çıxan məsələlər haqqında verdiyi hökmləri qeyd edirdilər.” (Əl-ənvarül-bəhiyyə, səh.170.)
Seyyid Əmir Əli yazır: “Hicrətin yüz qırx səkkizinci ilində İmam Sadiq (əleyhissəlam) Mədinə şəhərində vəfat etdi. Ancaq xoşbəxtlikdən onun təşkil etdiyi elm ocağı bağlanmadı, əksinə o Həzrətin canişini – oğlu İmam Kazim əleyhissəlamın rəhbərliyi sahəsində bu elm ağacı öz parlaqlığını daha da qorudu.” (Müxtəsəri-tarixil-ərəb, səh.209.)
Musa ibn Cəfər (İmam Kazim (əleyhissəlam)) öz dövrünün bütün alimlərini heyrətə gətirməklə yanaşı, həm də əxlaqi dəyərlər və ali insani sifətlər baxımından da ad çıxarmışdı. Belə ki, o Həzrətin iftixar dolu həyatı ilə tanışlığı olan alimlərin hamısı onun əxlaqı qarşısında baş əyirlər.
Sünni məzhəbinin görkəmli hədisçisi və alimi ibn Həcər Heytəmi yazır: “Museyi-Kazim (əleyhissəlam) atasının elm və biliyini irs aparmış, atasının fəzilət və kamalına malik olmuşdur. O, (cahil və nadan insanlarla) fövqəladə güzəşt və səbrlə davrandığına görə Kazim (Kazim ərəb dilində “qəzəbini boğan” deməkdir.) ləqəbini almış, onun dövründə heç kim İlahi maarif və bilik baxımından ona çatmamışdır.” (Əs-səvaiqül-mühriqə, səh.203.)


2465 بازدید
در حال ارسال اطلاعات...