Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2017

TƏQVA ƏHLİ NAMAZ QILANLARDIR

“Onlar (təqvalılar) qeybə iman gətirir və namaz qılırlar”
Qurani-kərimdə dəfələrlə xatırlanan “təqva” İslam dinini olduğu kimi yaşamağa deyilir. Demək, təqvalı şəxs Allahın buyuruqlarına tabeçilik göstərir, Onun əmr etdiklərinə əməl edir və qadağalarından çəkinir.

İmam Sadiqdən (ə) təqva haqqında soruşulduqda buyurur:
“Təqva odur ki, Allah-taala səni, əmr etdiyi yerlərdə görsün, qadağan etdiyi yerlərdə isə görməsin”. (“Səfinə əl-bihar”, c. 2, səh. 678.)

Möminlərin əmiri həzrət Əli (ə) öz vəsiyyətində oğlu İmam Həsənə (ə) təqvalı olmağı və qəlbini Allahın zikri ilə abad etməyi vasiyyət edir:
“Ey oğlum, sənə ilahi təqvanı və Allahın əmrlərini yerinə yetirməkdə iltizamlı olmağı, öz qəlbini Allahın zikri ilə abad etməyi, (eşq, məhəbbət ocağı olan qəlbini Allahın eşqinin nuru ilə işiqlandırmağı), ona bəndəlik etməyi və sarsılmaz məhəbbət ipinə sarılmağı tövsiyə edirəm. Səninlə Pərvərdigarın arasındakı ipdən də möhkəm bir səbəb ola bilərmi ki, sən ondan yapışmısan?!” (“Nəhcul-bəlağə”, 31-ci məktub.)
Allah yanında ən üstün şəxslər məqamından, cinsiyyətindən asılı olmayaraq təqvalılardır:
“Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır”. (“Hucurat”, 13.)

Bütün yaxşı əməllərin qəbul olunmasında təqva ən mühüm şərtlərdən biri sayılır. Qurani-kərimdə Allah bunu xatırladaraq buyurur:
“(Ya Rəsulum!) Onlara Adəmin iki oğlunun əhvalatını olduğu kimi söylə. Onlar qurban gətirdikləri zaman birinin qurbanı qəbul edilmiş, digərininki isə qəbul olunmamışdı. (Qurbanı qəbul olunmayan Qabil qardaşı Habilə) demişdi: "Səni mütləq öldürəcəyəm! (Habil ona) belə cavab vermişdi: "Allah yalnız müttəqilərdən (qurban) qəbul edər!” (“Maidə”, 27.)

Altıncı imam Cəfər ibn Məhəmməd belə buyurur: “Nəfsani istəklərinə tabe olub, yanlış fikirlərlə özünü aldadan insan, bir dəstənin onun başına toplaşaraq ehtiram göstərdiyi şəxsə bənzəyir. Mən bu şəxs haqqında eşitdikdən sonra onun nə qədər elmli olduğunu bilmək üçün onu görmək istədim. Bir gün bir məhəllədə camaatın onun başına yığışdığını gördüm. Onların arxasında dayandım və məni tanımasınlar deyə üzümün bir hissəsini bağladım. O, başına toplaşanları dedikləri ilə aldadırdı. Toplantı qurtardıqdan sonra o, yolunu döndərib camaatdan ayrıldı. Mən də onun arxasınca getdim. Az keçmədi ki, bir cörək satılan dükana çatdı. Onu aldadıb iki çörək oğurladı. Sonra nar dükanına gedib orda da iki nar oğurladı. Təəccüb etdim. Öz-özümə, bəlkə əvvəlcədən bunların pulunu ödəyib – deyə fikirləşdim. Yenə də onun arxasınca getdim və o, bir xəstənin yanına gəlib çörəklərlə iki ədəd narı onun yanında qoyub getdi. Səhrada onu daxmasının yanında dayanan gördükdə yanına gedib dedim: “Ey Allahın bəndəsi, mən sənin haqqında bəzi şeyləri eşitdiyimdən səni görmək istəyirdim. Lakin, sənin bəzi əməllərini görməyim məni təəccübləndirdi”. Dedi: “Səni təəcübləndirən nədir?” Dedim: “Çörəkçidən iki çörək, narsatandan i