Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2017

ALLAHA YAXINLIĞIN ƏSASI İMAN VƏ SALEH ƏMƏLDİR

İnsan iman və saleh əməl üçün ciddi cəhd göstərməlidir.
Kamillik və səadətə çatmaq üçün iman və saleh əməl əsas şərtlərdəndir. Qurani-kərimdə bu iki xüsusiyyət adətən paralel zikr olunur. “Bəqərə” surəsinin 25–ci ayəsində buyurulur: “İman gətirən və saleh əməllər edən kəslərə müjdə ver ki, onlar üçün altından arxlar axan bağlar var”. 

“Nisa” surəsinin 124–cü ayəsində oxuyuruq: “Mömin halda saleh əməl edən kişilər və qadınlar cənnətə daxil olarlar”. 

Başqa bir ayədə buyurulur: “İman gətirib saleh işlər görənlərin xoş halına!” (“Rəd” surəsi ayə: 29.) 

“Kəhf” surəsinin 30-cu ayəsində oxuyuruq: “İman gətirib saleh əməl edənlər bilsinlər ki, biz yaxşı işlər görənlərin əcrini zay etmərik”. 

“Ənbiya” surəsinin 94–cü ayəsində isə belə buyurulur: “Hər kəs mömin olaraq saleh əməllər etsə onun əməli zay olmayacaq”. 

Bu ayələrdən məlum olur ki, insan iman və saleh əməl üçün ciddi cəhd göstərməlidir.


1397 بازدید
در حال ارسال اطلاعات...