Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2017

Namaz uğrunda nə etməli?

Allah dinin hökmlərinin icrası uğrunda hər bir çətinliyə dözən şəxslərə böyük savablar, hədiyyələr bəxş edir
Əksər vaxtlarda hansısa xeyirli bir işi icra etmək istədikdə bir çox maneələrlə qarşılaşırıq. Bütün bunlar ruhiyyəmizi sarsıdır və bizim sona qədər işimizi layiqincə davam etdirməyimizin qarşısını alır. Lakin, mömin olan şəxs dini əmrləri icra emək və qadağaların qarşısını almaq üçün bütün bu çətinliklərə dözərək mübarizə etməli və tam sərbəstliyinin qorunması üçün çıxış yolu tapmalıdır. Bəzən bu çıxış yolu mənəvi görkəm alır. Belə ki, insan Allaha təvəkkül, məsumlara təvəssül etməklə işlərinin həllinı asanlaşdırır.
Ümumiyyətlə, Allahpərəstlik yolu bir çox maneələrlə üz-üzədir. Belə ki, bu inancın yolçusu bəzən, islamın qanunlarını doğruluğunu, günü-gündən inkişafını görüb, dözə bilməyən din düşmənlərinin təzyiqləri və ya bəzi dinsizlərin onları məsxərə etmələri və yaxud da öz nəfsani istəklərinin, şeytanın həmlələri ilə üz-üzə gəlir. İslam Peyğəmbərinin (s) Kəbədə namaz qıldığı zaman əziyyət edilməsi, Bilalın bu ilahi ibadətə görə olmazın əzablara dözüb, düşmənlər tərəfindən şallaqlanması buna tarixi nümunələrdir.
Həzrət Zeynəbin (ə) Kərbəlada çəkdiyi amansız acılar, əsirlikdə yol boyu üzləşdiyi dözülməz çətinliklər onu namazından ayrı sala bilmir. O Həzrət (ə) gündəlik vacib namazları ilə yanaşı bu səfərdə, hətta gecə namazlarını belə həyata keçirirdi. Baxmayaraq ki, taqətsizlik üzündən o xanım namazlarını otraq vəziyyətdə qılırdı.
Qurani-kərimdə oxuyuruq ki, islam dinindən qabaqkı dönəmlərdə də dinə qarşı təzyiqlər göstərilib və mömin şəxslər Allahın yardımı ilə bunların qarşısında dayanıblar.
“Onlar ki, haqsızlıq üzündən ev və şəhərlərindən qovuldular, yalnız belə deyirdilər: “Bizim Rəbbimiz tək olan Allahdır”. Əgər Allah bəzilərini bəzilərinin əli ilə dəf etməsə yəhudi və məsihilərin ibadətxanaları, kilsələrı və Allahın adı çox çəkilən məscidlər viran ediləcək. Allah ona yardım edənlərə (dinini müdafiə edənləri) yardım edər. Allah güclü və məğlubedilməzdir”. (“Həcc”, 40.)
Bəzən də insanın iman və əqidəsini qorumaq üçün ayrı bir şəhərə, ölkəyə hicrət etməsi lazım olur. Qurani-kərimdə oxuyuruq:
“Ey Rəbbimiz! Mən əhli-əyalımdan bəzisini (İsmayılı və anası Hacəri) Sənin Beytül-həramının (Kəbənin) yaxınlığında, əkin bitməz bir vadidə (dərədə) sakin etdim. Ey Rəbbimiz! Onlar (vaxtlı-vaxtında, lazımınca) namaz qılsınlar deyə belə etdim. Elə et ki, insanların bir qisminin qəlbləri onlara (Kəbənin ziyarətinə, əhli-əyalıma mərhəmət göstərməyə) meyl etsin. Onlara (bu yerin ağaclarının) meyvələrindən ruzi ver ki, (nemətinə) şükür edə bilsinlər!” (“İbrahim”, 37.)
İranın Ərak ustanına tabe olan Saruq məntəqəsində yaşayan Kərbəlayi Məhəmmədkazım adlı bir şəxs ərbabının (Ərbab- rəiyyətin tabe olduğu şəxs, başçı, pullu) öz taxıllarının zakatını ödəmədiyi üçün ondan ayrılır, hər bir əzab-zəiyətə düzüb ailəsindən, ata-anasından ayrı düşmək çətinliyini cana alaraq uzaq bir şəhərə işləməyə gedir. Uşaqlıqda Quran oxumağa çox həvəsi olsa da lakin, maddi durmlarının çox aşağı olması üzündən heç bir molla məktəbinə getməyən Kərbəlayı Kazım yaxında olan bir imamzadəyə ziyarətə gedir. Burda olan vaxt iki nurani gənc içəri daxil olur və salam verib, kef-əhval tutduqdan sonra ondan soruşurlar:
-Məhəmmədkazım Quran oxuya bilirsən?
-Mən heç zaman məktəbə getmədim- deyə təəssüflə onlara cavab verir.
Bu iki nurani gənc ona imamzadənin tavanında yazılmış Qurani-kərimin ayələrini (Əraf surəsinin 54-59 cu ayələri) göstərərək deyirlər:
-Bizimlə tavanda yazılmış ayələri oxu:
“Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi (və onun əhatə etdiyi hər şeyi) yaradıb hökmü altına alan, (bir-birini) sürətlə təqib edən gündüzü gecə ilə (gecəni də gündüzlə) örtüb bürüyən, günəşi, ayı və ulduzları əmrinə boyun əymiş halda yaradan Allahdır…”
Sonra bu iki şəxs onun sinəsinə əllərini sürtüb gözdən itirlər. Baş verənlərədn qorxaraq huşunu itirən Məhəmmədkazım özünə gələndən sonra bütün Qurani-kərimi əzbər bilidiyini dərk edir.
Bu hadisə Ayətullah Bururcerdi və Mərəşi Nəcəfinin zamanında baş verir və onlar bu şəxsi yanına çağırıb imtahan edir və Allahın ona bağışladığı kəramətin şahidi olurlar.
Həqiqətən də Allah dinin hökmlərinin icrası uğrunda hər bir çətinliyə dözən şəxslərə böyük savablar, hədiyyələr bəxş edir.


2104 بازدید
در حال ارسال اطلاعات...