Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2017

Hardadır Fazil Mustafa, gəlib suriyalı müftiyə cavab versin

Ali Dini Lider Ayətullah Xamenei (Allah qorusun) şiə lideridir və açıqca deyir ki, Qarabağ müsəlman torpağıdır
Suriyanın baş müftisi Şeyx Əhməd Bədir Al-Din Hassoun Rusiya mətbuatına müsahibə verərkən Qarabağ mövzusunda mübahisə doğuracaq çıxış edib. Yerli mətbuatımız neçə gündür suriyalı şeyxi asıb-kəsir. Deyirlər, Suriya hakimiyyəti ermənipərəstdir, müftiləri, din xadimləri erməni təsiri altında danışır. Hətta QMİ rəsmisinin dediyinə görə Suriya hakimiyyətinə ermənilər külli miqdarda dəstək olurlar.
Xoruz ili girəndən nədənsə İrana "xoruzlanan" nurçu Fazil Mustafa ortalıqlarda yoxdur. Başqa vaxt hətta vətəndaşın avtomobilinin seriya nömrəsinə belə diqqət edən Fazil Mustafa nədənsə şeyxin məlum çıxışı barədə hələ ki, nəsə deməyib. Halbuki İran prezidenti Həsən Ruhani dekabr ayının 21-də Ermənistana səfər edəndə, elə həmin gün Fazil Mustafa mövzudan xəbər tutub İranı İslama riayət etməməkdə ittiham etdi, hətta Ruhanini təhqir etməkdən belə çəkinmədi. Zənnimcə həmməzhəbi olan suriyalı müftinin sorağı ona çoxdan çatıb. Çünki İran mövzusunda Fazil Mustafanı tirajlayan Müsavat qəzeti və digər saytlar neçə gündür suriyalı müftidən danışır. Fazil Mustafa isə yəqin utandığından ölüb yerin dibinə girib. Amma, bu saytlar İrana, şiəyə qarşı qərəzli, kinli olan bu şəxsi ABŞ Səddam Hüseyni "lyukdan" tapıb çıxartdığı kimi yerin dibindən də olsa dartıb çıxartmalı, münasibətini öyrənməli idi. Axı, yalandan da olsa zahirdə Fazil Mustafa dövlətini, xalqını, vətənini "sevən" vətənşüvənlərdən sayılır. Doğrudur, Fazil Mustafa Gülən camaatı üçün Azərbaycanda lazımlı füqurdur. Onun özünü ifşa etməməkdən ötrü özünü gizlədib həmməzhəbi olan müftinin məlum çıxışını məhkum etməsi ehtimalını istisna etmirik. Amma ona insanlarımızdan əlavə tarix də güldü. Tarixin ironiyasına baxın ki, iki həftə öncə şiə ruhanisini ermənipərəstlikdə ittiham edən bu şəxs həmməzhəbinin erməniləri sevindirəcək söz deməsinə baxmayaraq özü ilim-ilim itib. Halbuki şiə Həsən Ruhani Azərbaycan və Türkiyəni nəzərə alıb Ermənistana səfər çərçivəsində proqramda olan "qondarma soyqırım" abidəsini ziyarət etməyi protokoldan çıxartdırmışdı. Fazil Mustafanın həmməzhəbi olan müfti isə həmin abidəni ziyarət edib.
İndi gəlin iki nöqtəyə diqqət edək; Ali Dini Lider Ayətullah Xamenei (Allah qorusun) şiə lideridir və açıqca deyir ki, Qarabağ müsəlman torpağıdır, orada ölən şəhiddir. İrana və şiəyə düşmənçiliyi ilə tanınan qeyi-səmimi "dindarlar", "mətbuatçılar" bu məsələyə bir dəfə də olsun toxunmur. Amma, suriyalı sünnü müfti Qarabağ haqda qeyri-dəqiq və təxribat xarakterli çıxış edəndə zahirdə sünni təəssübkeşi sayılan, əslində isə əhli-sünnəyə ləkə olan bu ünsürlər ya mövzunu əhəmiyyətsiz hesab edir, ya da ümumiyyətlə qeybə çəkiliblər.
Digər tərəfdən şeyxi qınayanlar bir qədər də insafsızdır. Tutaq ki, şeyx erməni təsiri altında danışır. Bəs siz indiyədək nə iş görmüsünüz? Niyə Qarabağ həqiqətlərini dünyaya tanıtdırmamısız. Nə üçün xarici ölkələrdəki diaspora təşkilatları indiyədək Rusiyanın mövqeyini dəyişə bilməyib. Nə üçün pulu çox olan bu adamlara qorxudan bu barədə irad tutmursunuz? Yenə də İslam dünyasında qədri bilinəcək yeganə ölkə varsa, o da İrandır ki, nə erməni diasporasının təsiri altında düşməyib, nə də Rusiyanın qorxusundan Qarabağ həqiqətlərini inkar etmir. Kişi kimi haqqı deyir.
Başqa bir məsələ ondan ibarətdir ki, suriyalı müftinin bu cür danışığı bir tərəfdən erməni təsiri altında baş veribsə, digər tərəfdən bir qədər də özümüzü və Türkiyəni qınamaq gərək. Bu şeyxin vətəni olan Suriyada müharibə başlayandan bəri yerli mətbuat və Türkiyə höküməti Bəşər Əsədi terrorda, öz əliyalın xalqını qırmaqda ittiham etdi. Daha sonra Bəşər Əsədə qarşı silah çəkənlərin xalq yox, terrorçu vəhhabilər olduğu məlum oldu. Bu vahhabiləri Suriyada fəallaşdıran, hər cür maddi, hərbi dəstəyi onlardan əsirgəməyən isə məlumdur ki, Türkiyə, Qərb və ABŞ oldu. Qərbpərəst və amerikapərəst mətbuatımız isə Avropanın, ABŞ-ın gözünə girmək üçün Bəşərə qarşı təbliğat aparmağa başladılar. Daha sonra İŞİD meydana çıxdı. Amma həmin qərbpərəst media ayılmadı ki, ayılmadı. Şəxsən bizim hökümətdən nəinki Suriya hökümətinə dəstək hiss olunmadı, üstəlik ölkəmizdəki başıpozuq vahhabilərimiz Suriyaya axın etməyə başlayıb İŞİD sıralarına qoşuldu. Belə olan təqdirdə əlbəttə, Azərbaycan Suriya müftisinin gözündə düşmən bir ölkə kimi tanınacaq. Üstəlik, Ermənistanla uzun müddətdir barışmayan Türkiyə dövləti Şeyx Əhmədin vətəninin xarabalığa çevrilməsinin əsas baiskarlarından biridir. Bütün bunları nəzərə aldıqda sünnü müftiyə haqq verməmək olmur. Bəs nə etməli idi? Onu vicdana dəvət edən yerli mətbuatımız, bir qədər özü vicdanlı olub düşünsün. İŞİD qruplaşması, ümumiyyətlə vahhabilər yarandığı gündən terrorla məşğuldur. Çünki onlar sırf terror və İslama ləkə gətirmək üçün təsis edilib. Siz isə körpə uşaqların başını kəsən, insanları diri-diri yandıran, kəsilmiş başlarla futbol oynayan, cihad "nigahı" fətvası verən bu quldurlarla mübariə aparan Bəşər Əsədə - onları it leşi kimi zibilliyə gömdüyü üçün – təşəkkür etməli idiniz. Bu işdə Bəşər Əsədə kömək edən İrana, Rusiyaya minnətdar olmalı idiniz. Unutmayın ki, bu gün İŞİD quldurları həmin hərəkətləri Azərbaycanda törətmirsə, Rusiyadan, İrandan qorxudu üçündür. Öz vicdanlarınız ölübsə, camaatı vicdanlı olmağa dəvət etməyin. Çünki bunun özü də vicdansızlıqdır.