Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Yanvar 2017

NAMAZ DİNİ QARDAŞLIQ ŞƏRTİDİR

Həqiqətən, möminlər (dində) qardaşdırlar
Namazın üstün keyfiyyətlərindən biri də cəmiyyəti səmimiyyətə doğru sövq etməsi, möminləri bir-birləri ilə qardaş etməsidir. Namaz qılan şəxs onunla bir cərgədə duran, əqidəsi, məqsədi təmamilə eyni olan din yoldaşına ehtiramla yanaşır və hər bir işində ona dayaq olmağa çalışır. Allah-taala Qurani-kərimdə buyurur:
“Əgər onlar tövbə edib, namaz qılsalar, zəkat versələr sizin dini qardaşlarınızdırlar”. (“Tövbə”, 11.)

Demək olar, yalnız bu ayəyə əməl etmək müsəlman cəmiyyətinin bütün problemlərini həll etmiş olar. Belə ki, ümmətdə olan mömin varlılar kasıblara, alimlər avamlara, həkimlər xəstələrə və s. sahələrdə çalışanlar vəzifələrinə uyğun olaraq xalqa, camaata xidmət etməyə başlasalar şübhəsiz ki, heç bir islam dini ardıcılı sıxıntıda yaşamayacaqdır.

Başqa bir ayədə Allah möminlərin bir olmasını, müxtəlif yerlərə parçalanmamalarını buyurur:
“Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönələsiniz!” (“Ali-İmran”, 103.)

Allah-taaala “Hucurat” surəsinin 10-cu ayəsində möminlərin dində qardaş olmasını və onların qarşılaşdıqlar