Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Yanvar 2017

Mən "əmr be məruf və nəhy əz münkər üçün qiyam etdim” deməkdə İmamın (ə) məqsədi nə idi?

Yaxşılığın əmri və pisliyin qadağası yalnız imam Hüseynin yox, bütün peyğəmbərlərin, imamların, möminlərin vəzifəsidir
Mən əmr be məruf (yaxşılığın əmri) və nəhy əz münkər (pisliyin qadağası)

Cavab:
İmam Hüseynin (ə) bu sözləri əmr be məruf və nəhy əz münkərin əhəmiyyətini bildirir.
Əmr be məruf və nəhy əz münkər bütün ibrahimi dinlərdə peyğəmbərlərin, imamların və möminlərin əsas vəzifəsi kimi tanıtdırılır. Bu sırf şəri vəzifə deyil. Bu vəzifə peyğəmbərlərin göndərilməsinin əsas səbəbidir. Çünki maddi aləm yaxşılıqların və pisliklərin, haqqın və batilin, zülmət və nurun, fəzilət və rəzilliyin mübarizə meydanıdır. İlahi dinlər yaxşılıq və pisliyi tanıtdırır, yaxşılığı əmr edir və pisliyə qadağa qoyur.
İslam Peyğəmbəri (s) bu barədə buyurur: “Əmr be məruf və nəhy əz münkər edən şəxs yer üzündə Allahın, ilahi kitabın və Allahın rəsulunun canişinidir.” (“Mizanul-hikmət”, c. 3, s. 80.) Həzrət Əli (ə) buyurur: “Əmr be məruf və nəhy əz münkər” şəriətin sütunudur.” (“Ğürərül-hikəm”, c. 2, s. 400.)
Quranı-kərim möminlərdə yaxşılığın əmri və pisiyin qadağası xüsusiyyətini namaz və zəkat kimi xüsusiyyətlərdən qabaq xatırladır. (“Tövbə”, 7)
İmam Baqir (ə) bir hədisdə buyurur: “Əmr be məruf və nəhy əz münkər peyğəmbərlərin yolu, salehlərin məramıdır. Digər vacib işlər bu vacib əmrin sayəsində gerçəkləşir. Yolların asayişi, qazancların halallığı, düşmənlərin insafa vadar edilməsi, bir sözlə bütün işlər onun sayəsində mümkün olur”. (“Üsule-kafi”, c. 5, s. 55.)
Demək, yaxşılığın əmri və pisliyin qadağası yalnız imam Hüseynin yox, bütün peyğəmbərlərin, imamların, möminlərin vəzifəsidir. Amma imam Hüseynin (ə) vaxtında yaxşılıqla pislik elə qatma-qarışıq düşmüşdü ki, dinin varlığı üçün təhlükə yaranmışdı. İmam Hüseyn (ə) İslamın yalnız əmr be məruf və nəhy əz münkər sayəsində dirçələcəyinə əmin idi. Ona görə də öz qiyamının məqsədi kimi əmr be məruf və nəhy əz münkəri göstərirdi. (“Biharul-ənvar”, c. 44.)


1520 بازدید
در حال ارسال اطلاعات...